Polşa mətbuatında, ölkənin cənubunda baş verən bir hadisə ilə bağlı məlumat dərc edilib. Həmin məlumata görə, sükan arxasında pivə içərək sərnişin daşıyan 63 yaşlı azərbaycanlı avtobus sürücüsü həbs edilib.
“AzPolitika” xəbər verir ki, iqtisadçı Natiq Cəfərli bu xoşagəlməz hadisə ilə bağlı sosial şəbəkə səhifəsində paylaşım edib: “Polşada Katovise-Zabje arasında işləyən 23 nömrəli avtobus sürücüsünü saxlayıblar – reys zamanı sükan arxasında pivə içirmiş, digər sürücü bunu görüb, polisə bildirib, avtobusu saxlayıblar, yoxlama zamanı sürücüdə 2,75 promil alkoqol təsbit edilib.
Məhkəmə sürücüyə 6 ay həbs və böyük miqdarda pul cəzası verib.
Hekayənin düşündürücü tərəfi odur ki, sürücü 63 yaşlı Azərbaycan vətəndaşı, iş dalınca Polşaya gedən miqrant olub.
Etdiyi hərəkət qəbul edilən deyil, cəzasını da almalıdır – bu heç, amma, 63 yaşlı azərbaycanlı iş üçün Polşaya gedib avtobus sürür, gedib biznes qursa, restoran açsa, otel işlətsə, bu mövzuya toxunmazdım, amma, təqaüd yaşına cəmi 2 il qalmış Polşada avtobus sürən azərbaycanlının hekayəsi məni kədərləndirdi və düşündürdü…”.
“AzPolitika.info”




Şərhlər