İran Donald Trampın Hörmüz boğazının ABŞ ərazisi elan ediləcəyilə bağlı açıqlamasına kəskin reaksiya verib və boğazın blokadasını davam etdirməklə hədələyib.
"Hörmüz boğazını tvit, təyyarədaşıyan gəmi, əmr və ya seçki çıxışı ilə ələ keçirmək olmaz. İran təhdidlərdən qorxmur".
“AzPolitika” xəbər verir ki, bunu İran xarici işlər nazirinin müavini Kazem Qəribabadi X sosial media platformasındakı paylaşımında yazıb.
ABŞ Prezidenti Donald Trampın bu strateji su yolunu ABŞ ərazisi elan etmək niyyətini açıqlamasından sonra Hörmüz boğazı ilə bağlı mübahisə yenidən qızışıb. İran boğaz üzərində nəzarətdən imtina etmək niyyətində olmadığını və Hörmüzün blokadasını davam etdirəcəyini bildirib.
Qəribabadi yazıb ki, Hörmüz boğazı "İrana məxsus idi, İrana məxsusdur və İrana məxsus olaraq qalacaq".
O, həmçinin boğazın açılması və ya bağlanması qərarının yalnız Tehrana aid olduğunu iddia edib.
Qəribabadi Vaşinqtonu "fantastik illüziyalar"dan əl çəkməyə çağırıb: "Reallığı birdəfəlik qəbul edin: bu vaxta qədər strateji və ağır məğlubiyyətlərə uğramısınız".
Xatırladaq ki, bundan öncə Donald Tramp yaxın gələcəkdə Hörmüz boğazını ABŞ ərazisi elan etmək planlarını açıqlayıb: "Mən çox tezliklə Hörmüz boğazını ABŞ ərazisi elan edəcəyəm".
“AzPolitika.info”

Şərhlər