ABŞ Dövlət Departamenti Azərbaycanla bağlı “Azadlığa Dəstək Aktı”nın 907-ci düzəlişində nəzərdə tutulan məhdudiyyətlərin tətbiqindən azad etmə müddətinin uzadılması barədə Konqresə bildiriş göndərib.

Bu barədə ABŞ Konqresinin rəsmi protokolunda məlumat yer alıb.

Sənədə əsasən, Dövlət Departamenti müvafiq bildirişi iyulun 28-də Senatın Xarici Əlaqələr Komitəsinə, avqustun 10-da isə Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinə təqdim edib.

Qeyd edək ki, 11992-ci ildə qəbul edilən 907-ci düzəliş Azərbaycana ABŞ yardımının göstərilməsini məhdudlaşdırır. 2001-ci ildə Konqres ABŞ prezidentinə bu məhdudiyyətlərin tətbiqini dayandırmaq səlahiyyəti verib.

Həmin vaxtdan etibarən ABŞ prezidentləri 907-ci düzəlişin qüvvəsinin dayandırılmasını hər il uzadır və bununla bağlı Konqresə məlumat verirlər.