Rusiya paytaxtı Moskva və ətraf vilayətlər avqustun 16-na keçən gecə kütləvi pilotsuz uçuş aparatlarının (PUA) hücumuna məruz qalıb.
"AzPolitika" xəbər verir ki, bu barədə Moskva meriyası və regional KİV-lər məlumat yayıb.
Moskva meri Sergey Sobyaninin açıqlamasına görə, gecə saatlarında region istiqamətində ən azı 600 PUA təsbit edilib. Mer Rusiya HHM qüvvələri tərəfindən həmin dronlardan 201-nin vurularaq zərərsizləşdirildiyini iddia edib. Hücum zamanı Moskva Dairəvi Avtomobil Yolu (MKAD) yaxınlığına qəlpələrin düşməsi nəticəsində ən azı 3 nəfərin yaralandığı bildirilir.
Rəsmi qurumlar dəymiş ziyanı gizlətməyə çalışsa da, sosial şəbəkələrdə və yerli mənbələrdə yayılan məlumatlara görə, PUA zərbələri nəticəsində Rusiyanın ən böyük onlayn satış platformalarından olan "Wildberries" şirkətinə aid iki nəhəng anbar kompleksində eyni vaxtda güclü yanğın başlayıb. Fövqəladə hallar xidmətinin əraziyə cəlb olunduğu və yanğının söndürülməsi istiqamətində işlərin davam etdirildiyi qeyd olunur.
Rasim
"AzPolitika.info"

Şərhlər