Rusiya NATO ölkələrinə çatacaq uzaqmənzilli dronlar üçün gizli bazalar şəbəkəsi qurub.
"AzPolitika" xəbər verir ki, "The Telegraph" nəşri Rusiyanın ən müasir uzaqmənzilli kamikadze dronları üçün yeni buraxılış mövqelərinə malik 10 obyekti aşkarlayıb. Bu bazaların bəzilərindən artıq Ukraynaya zərbələr endirmək üçün istifadə olunur, lakin onlar eyni zamanda Şimali Atlantika Alyansının üzvləri üçün də uzunmüddətli təhlükə yaradır.
Avropa və Amerika xüsusi xidmət orqanlarının nümayəndələri hesab edirlər ki, Moskva Polşa ərazisində silahlı təxribat, kritik infrastruktura raket və ya pilotsuz uçuş aparatları ilə hücumlar, yaxud "özgə bayrağı altında" əməliyyatlar keçirmək imkanlarını nəzərdən keçirir.
"The Telegraph" jurnalistləri təyyarə tipli aparatların qalxması üçün istifadə olunan ən azı 59 yeni rels tipli buraxılış qurğusunu müəyyən ediblər. Bu habların bir hissəsi təyinatı dəyişdirilmiş hərbi obyektlər və mülki aeroportlar bazasında yaradılıb, digər meydançalar isə birbaşa kənd təsərrüfatı ərazilərində (kənd yerlərində) qurulub.
"AzPolitika.info"

Şərhlər