Menu

Ceyms Eto üçün tələb olunan məbləğ açıqlanıb - "Qarabağ"ın da hədəfindədir

18.08.2026, 12:21
Ceyms Eto üçün tələb olunan məbləğ açıqlanıb - "Qarabağ"ın da hədəfindədir

"Qarabağ" klubunun transfer siyahısında yer alan Bolqarıstanın CSKA komandasının yarımmüdafiəçisi Ceyms Eto üçün tələb olunan qiymət məlum olub.

"AzPolitika" xəbər verir ki, Bolqarıstanın "Tema Sport" nəşrinin yaydığı məlumata görө, Sofiya təmsilçisinin rəhbərliyi kamerunlu futbolçu üçün ən azı 2 000 000 avro tələb edir.

Bildirilib ki, "qırmızı-qaralar"la müqavilə müddətinin 2028/29 mövsümünün sonunadək uzadılması klubun danışıqlardakı mövqeyini gücləndirdiyindən, Ağdam təmsilçisindən daha yüksək məbləğ tələb olunması istisna edilmir.

Xatırladaq ki, sözügedən Bolqarıstan klubu Avropa Liqasının təsnifat mərhələsinin 2-ci raundunda "Qarabağ"ı mübarizədən kənarlaşdırmışdı (0:0, 0:0, penaltilər seriyası – 5:4). Həmin matçdakı penaltilər seriyasında həlledici zərbəni məhz Eto dəqiq yerinə yetirmişdi.(Operativ Media)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol