Dünya futbolunun əfsanəvi simalarından hesab olunan braziliyalı keçmiş müdafiəçi Roberto Karlos İslam dinini qəbul edərək müsəlman olub.

"AzPolitika" xəbər verir ki, bu barədə sosial şəbəkələrdə iddia yayılıb.

Qeyd edək ki, R. Karlosun karyerasında diqqət çəkən məqamlardan biri onun müsəlman əhalinin çoxluq təşkil etdiyi ölkələrin futbol klublarında forma geyinməsi ilə bağlıdır.  

Belə ki, braziliyalı müdafiəçi 2007-ci ildə Türkiyənin “Fənərbaxça” klubuna transfer olunub.

"Samba"çı həmçinin 2011-ci ildə Dağıstanın Mahaçqala şəhərinin “Anji Mahaçqala” klubuna transfer olunub. Əhalisinin böyük hissəsi müsəlmanlardan ibarət olan Dağıstanda keçirdiyi müddətdə Roberto Karlos çoxsaylı müsəlman azarkeşlərlə təmasda olub.

Qeyd edək ki, sözügedən ddianın yayılmasına baxmayaraq, Roberto Karlosun müsəlman olması ilə bağlı özünün, ailəsinin və ya nümayəndələrinin hər hansı təsdiqlənmiş açıqlaması yoxdur.

"AzPolitika.info"

BakuPost