Menu

“Enerji atəşkəsi” işləmir - Ukrayna daha bir neft zavodunu vurdu + VİDEO

15.09.2026, 11:54
“Enerji atəşkəsi” işləmir - Ukrayna daha bir neft zavodunu vurdu + VİDEO

Məlum olduğu kimi, ABŞ Prezidenti Donald Tramp Ukrayna və Rusiyanın bir-birinin enerji sektoruna qarşılıqlı zərbələrdən imtina etmək barədə razılığa gəldiklərini bəyan etmişdi. Lakin hələlik bu atəşkəsin işləmədiyi görünür və tərəflər bir-birinin mülki infrastrukturuna zərbələr endirməkdə davam edirlər.

“AzPolitika” xəbər verir ki, ötən gecə Rusiyanın Samara vilayətindəki Sızran Neft Emalı Zavodu Ukrayna PUA-ları tərəfindən vurulub. Sosial mediada hal-hazırda zavodun yanmaqda davam etdiyinə dair görüntülər yayımlanıb.

Qeyd olunur ki, bu zavod “Rosneft” şirkətinə məxsusdur. Ukraynanın Exilenova+ monitorinq kanalı hücum nəticəsində neft çəninin alovlandığını bildirir.

Samara vilayətinin qubernatoru Vyaçeslav Fedorişev da Ukrayna Silahlı Qüvvələrinin hücumunu təsdiqləyib.

Sızran Neft Emalı Zavodu ASC Samara vilayətindəki ən böyük neft emalı zavodlarından biridir. Zavod benzin, dizel və aviasiya yanacağı, bitum və digər məhsullar istehsal edir. Zavodun ildə 7-8,5 milyon ton neft emal etdiyi bildirilir.

“AzPolitika.info”


Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol