Menu

Azərbaycan regionun metallurgiya mərkəzinə çevrilir - İmkanlar, reallıqlar və strateji üstünlüklər

24.09.2026, 15:56
Azərbaycan regionun metallurgiya mərkəzinə çevrilir - İmkanlar, reallıqlar və strateji üstünlüklər

İbrahim Məmmədov,

tarix üzrə fəlsəfə doktoru

Mərkəzi Asiya-Avropa dəhlizi üzərindəki əlverişli coğrafi mövqeyimiz, indiyə qədər aparılmış irimiqyaslı infrastruktur quruculuğu, Ələt Azad İqtisadi Zonası, uğurla yürüdülən xarici siyasət, həmçinin Mərkəzi Asiya və Cənubi Qafqazın zəngin xammal potensialına çıxış imkanları Azərbaycanın regional emal mərkəzinə çevrilmək potensialını sürətlə genişləndirir. Bu strateji üstünlüklər fonunda ölkəmizin qarşısında yeni, daha qlobal iqtisadi hədəflər açılır.Azərbaycanın istehsal prosesində malik olduğu ən mühüm üstünlüklərdən biri məhz rəqabətqabiliyyətli enerji qiymətləridir. Məlumdur ki, metallurgiya sənayesi həddindən artıq böyük həcmdə elektrik enerjisi və təbii qaz tələb edir. Bu səbəbdən enerji resursları qıt olan ölkələr idxal etdikləri filizi öz ərazilərində son məhsula qədər emal etməkdə ciddi çətinliklərlə üzləşirlər, yaxud da istehsal edilən məhsulun maya dəyəri yüksək, keyfiyyəti isə aşağı olur.

Azərbaycan isə daxili imkanları, zəngin enerji ehtiyatları hesabına təmin olunan ucuz qaz və elektrik enerjisi sayəsində bu emal prosesini qat-qat səmərəli reallaşdırmaq imkanına malikdir. Bu faktor ağır sənayenin, xüsusilə də metallurgiyanın inkişafı üçün əvəzolunmaz təməl yaradır.

Lakin enerji resursları və təqdim etdiyi əlverişli nəqliyyat infrastrukturu Azərbaycanın yeganə rəqabət üstünlüyü deyil. Qarşıdak dövrdə yaradılacaq yeni zavodların ən son texnologiyalarla təchiz edilməsi təbii olaraq son məhsulun keyfiyyətini maksimum səviyyəyə qaldıracaq, eyni zamanda istehsal xərclərini və maya dəyərini aşağı salacaq.

Birləşdirici amillərə nəzər salsaq:

Əlverişli və dayanıqlı enerji təminatı;

Strateji nəqliyyat və tranzit daşıma imkanları;

Maya dəyəri aşağı, keyfiyyəti isə yüksək olan son məhsul təklifləri.

Bütün bu üstünlüklərin sintezi yaxın gələcəkdə Azərbaycanın təkcə tranzit ölkə deyil, eyni zamanda regionun əsas metallurgiya və emal mərkəzinə çevrilməsini qaçılmaz və labüd edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol