Slovakiyanın Baş naziri Robert Fitsoya və onun qohumlarına qarşı təhdidlər ünvanlanıb.
Bu barədə DennikN xəbər portalı Slovakiya hökumətinin aparatına istinadən məlumat yayıb.
Məlumata görə, təhdidlər anonim xarakter daşıyır.
“Daxil olmuş təhdidlərin məzmunu və onların təhlili ilə müvafiq qurumlar məşğul olur, hazırda hökumət aparatı yaranmış vəziyyəti şərh etməyəcək”, - deyə portalın sərəncamında olan sənəddən sitat gətirilib.
Bununla yanaşı, Fitsonun cümə günü baş prokuror Maroş Jilinka ilə münasibətlərinə həsr olunmuş mətbuat konfransını ləğv etdiyi məlum olub. Baş nazir Slovakiyanın şərqinə yollanıb və burada rəhbərlik etdiyi “İstiqamət - Sosial Demokratiya” partiyasının tədbirlərində iştirak edəcək.
Baş Prokurorluğun mətbuat katibi Zuzana Drobova daha əvvəl bildirib ki, Jilinkaya və onun həyat yoldaşına bomba ilə bağlı təhdidlər daxil olub. Drobovanın sözlərinə görə, bu təhdidlər Fitsonun baş prokuroru “müxalifətin əlində oyuncağa” bənzətməsindən sonra göndərilib. /Trend


Şərhlər