Azərbaycan Rəssamlıq Akademiyasının "Rəsm" kafedrasının baş müəllimi, rəssam Əkrəm Tağıyev vəfat edib.
"AzPolitika" xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasından məlumat verilib.
Qeyd edək ki, Xalq rəssamı Tağı Tağıyevin ailəsində boya-başa çatan Əkrəm Tağıyev 1974-cü ildə Tbilisi Dövlət Rəssamlıq Akademiyasını bitirən sənətkar uzun illər ərzində ali və orta ixtisas təhsili müəssisələrində rəsm fənnini tədris edib. 1995-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Rəsm" kafedrasında, 2003-cü ildən isə Azərbaycan Rəssamlıq Akademiyasında pedaqoji fəaliyyətini davam etdirib.
Rəssamın əsərlərində mənzərə, portret və natürmort janrlarına geniş yer verilib. "Abşeron", "Dəniz mənzərəsi", "Dəniz və qadın", "Güzgü qarşısında", "Xəzri", "Qobustan daşları", "Avtoportret", "Bakı gecəsi" kimi əsərləri onun yaradıcılıq irsinin mühüm nümunələrindəndir.



Şərhlər