Türkiyənin "Turkish Aerospace" (TA) şirkəti tərəfindən istehsal olunan "HÜRKUŞ-II" təlim təyyarələrinin Azərbaycana satışı üzrə danışıqlar yekun mərhələyə çatıb.
"AzPolitika"nın "Oxu.az"-a istinadən verddiyi məlumata görə, "HÜRKUŞ-II" təyyarəsi Türkiyənin yeni nəsil əsas təlim platformasıdır.
Məlumatda qeyd olunub ki, "HÜRKUŞ-II" proqramı üzrə bütün inkişaf sınaqları və təsdiq prosesləri tamamlanıb.
"HÜRKUŞ-II" əsas və ilkin təkmil pilot hazırlığı üçün nəzərdə tutulub. Təyyarə yeni nəsil avionika, inkişaf etdirilmiş təhlükəsizlik sistemləri və rəqəmsal təlim infrastrukturu ilə təchiz edilib.

Sentyabrın 28-də ilk iki "HÜRKUŞ-II" Türkiyə Hərbi Hava Qüvvələrinin inventarına qəbul edilib. Türkiyə Hərbi Hava Qüvvələri üçün ümumilikdə 55 belə təyyarənin istehsalı nəzərdə tutulur.
Məlumat üçün bildirək ki, şirkətin Azərbaycan ofisi də fəaliyyət göstərir.
Qeyd edək ki, "Turkish Aerospace Industries" "HÜRKUŞ-II" təyyarəsini "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində nümayiş etdirən Türkiyə şirkətləri sırasındadır. Sərgi sentyabrın 30-dan oktyabrın 2-dək Bakı Ekspo Mərkəzində keçirilir.


Şərhlər