Hövsan kəndində kütləvi aksiya keçirilib.  Yanvarın 19-da saat 10.30 radələrində Hövsandakı 118 saylı orta məktəbin yaxınlığına toplaşan sakinlər məktəb direktoru Qardaşxan Səlimovun işdən çıxarılmasını tələb ediblər. Buna səbəb 118 saylı orta məktəbin direktoru Qardaşxan Kərimovun hərəkətləri və dediyi sözlərdir. Direktorun kənd camaatını, xüsusilə də şagirdlərin valideynlərini təhqir etdiyi bildirilir.

Yerli sakinlər deyiblər ki, hər şey dərslərin boş keçməsinə görə yaranıb. Onlar Qardaşxan Səlimovun direktor kimi fəaliyyət göstərdiyi müddətdə məktəbdə təhsilin keyfiyyətinin aşağı düşdüyünü, şagird və valideynlərin vaxtaşırı təhqir olunduğunu bildiriblər. Şagirdlər məktəb direktorundan dərsə gəlməyən müəllimin başqası ilə əvəz olunmasını xahiş ediblər, o isə şagirdlərə belə cavab verib: "Atanız evdə olmayanda sizə başqa kişi gəlib atalıq edir?"

Bu söz övladları həmin məktəbdə təhsil alan hövsanlıların hiddətinə səbəb olub və onlar bu gün səhər saatlarında məktəbin qarşısına yığışaraq aksiya keçirib, Q.Kərimova etirazlarını bildiriblər. Aksiya zamanı Əliyev Elmar Rəcəbəli oğlu ad-soyadlı Hövsan sakininin halı pisləşib və o, dünyasını dəyişib.

Hövsanlılar kəndin icra nümayəndəliyinin qarşısında toplanaraq aksiya keçiriblər. Q.Kərimovun cəzalandırılmasını tələb ediblər.

Azadlıq Radiosunun məlumatına görə, aksiya keçirilərkən məktəb direktoru Qardaşxan Səlimov da öz şəxsi avtomobilində oraya gəlib. Adamlar maşının üzərinə hücum çəkiblər. Bu vaxt maşının qarşsında bir gənc yerə yıxılıb. «Öldü, öldü» qışqırıqları eşidildi. Məktəb direktoru maşından düşmədən hadisə yerindən uzaqlaşıb. Huşunu itirmiş gənci bir maşına qoyub yaxınlıqdakı 11 saylı Köməkçi Yardım Stansiyasının Hövsan filialına aparıblar.

Bir neçə dəqiqədən sonra xəbər çıxıb ki, 21 yaşlı Hövsan sakini, yenicə ailə həyatı qurmuş Elmar Rəcəbəli oğlu Əliyev vəfat edib. Bunu eşidən sakinlər kütləvi şəkildə 11 saylı Köməkçi Yardım Stansiyasının Hövsan filialına tərəf axışıblar. Klinikanın həyətində qəsəbə icra nümayəndəsi Ağasəlim adlı şəxsin qara rəngli, xarici avtomobilini dövrəyə alıb təpikləməyə, şüşələrini sındırmağa başlayıblar. Klinikanın həyətində polis qüvvəsi olub. Az sonar Suraxanı rayon prokuroru ilə rayon polis idarəsinin rəisi də gəlib. Aksiyaçılar məktəb direktorunun cəzalandırılmasınmı tələb ediblər.

Saat 12.00 radələrində Elmar Əliyevin nəşi təcili yardım avtomobilinə qoyularaq evlərinə yola salınıb.

Sonra polis hərəkətə keçib və 3-4 nəfər kənd ağsaqqalı ilə danışıqlar aparıb ki, camaat sakitcə dağılışsın. Camaat isə çox hiddətlidir və sakitləşməyiblər.

İcra nümayəndəsi və Təhsil Nazirliyinin işçiləri 118 saylı məktəbə gəlib. Aksiyaçılar da ora üz tutub. Məktəbin zalına toplaşaraq kütləvi şəkildə etirazlarını təkrarlayıblar.

Saat 14.00 radələrində Bakı şəhər təhsil idarəsi məlumat verib ki, məktəb direktoru vəzifəsindən kənarlaşdırılıb. Suraxanı rayon prokurorluğundan bildiriblər ki, qəsəbədə baş verənlərlə bağlı araşdırma aparılıb. Musavat com-un verdiyi xəbərə görə, aksiya zamanı daha bir yaşlı adamın ürəyi gedib və onu xəstəxanaya aparıblar.

Bakı Şəhəri üzrə Təhsil İdarəsi 118 nömrəli tam orta məktəbin ətrafında baş verən hadisə ilə əlaqədar rəsmi məlumat yayıb.

İdarədən Lent.az-a bildirilib ki, hazırda idarənin əməkdaşları sözügedən məktəbdədir. Məsələ tam araşdırılana qədər məktəbin direktoru Qardaşxan Səlimov vəzifəsinin icrasından kənarlaşdırılıb. Məktəbin idarə olunması Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşına həvalə olunub.

Qeyd edək ki, məsələ bilavasitə Təhsil Nazirliyi rəhbərliyinin nəzarəti altındadır.

118 nömrəli tam orta məktəbin ətrafında baş verən hadisə zamanı dünyasını dəyişən Elmar Əliyevin ölümünün səbəbi müvafiq hüquq-mühafizə orqanları tərəfindən araşdırılır və bununla bağlı əlavə məlumat veriləcək.

Təhsil İdarəsi məktəb direktoru ilə qarşıdurma nəticəsində dünyasını dəyişən Elmar Əliyevin ailəsinə dərin hüznlə başsağlığı verib.

Böyütmək üçün şəkillərə klikləyin

[gallery columns="4" ids="87080,87081,87082,87083,87084,87085,87086,87087"]

Rasim ƏLİYEV

Azpolitika.info