“Polis əməkdaşları tərəfindən Nəsimi rayonu ərazisində saxlanılan “Bentley” markalı avtomobil mənim oğluma məxsus deyil”.
Bunu virtualaz.org saytına çıqlamasında Şəmkir rayonunun sabiq icra başçısı Aslan Aslanov deyib.
A.Aslanov qeyd edib ki, həmin avtomobilin onun oğlu Turqaya heç bir aidiyyəti yoxdur: “Bəzi mətbuat orqanları mənim haqqımda məqsədyönlü şəkildə yalan informasiyalar yayırlar. Mən rəsmi arayış almışam. Həmin “Bentley” avtomobili Valeh Ramazan Allahverdiyev adlı bir şəxsə məxsusdur”.
* * *
Fevralın 20-si, gecə saat 1 radələrində Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin əməkdaşları Nəsimi rayonu ərazisində kobud qayda pozuntusu törədən bahalı “Bentley” markalı maşını saxlayıblar. Aznews.az-a daxil olan məlumata görə, 10 DO 007 dövlət nömrə nişanlı bu avtomobilin sürücüsünün sərxoş olduğu, eyni zamanda sənədlərin qaydasında olmadığı müəyyənləşib. Buna görə də, avtomobil 3-cü mikrorayonda yerləşən cərimə meydançasına aparılıb.
Sonradan məlum olub ki, avtomobili idarə edən şəxs Kənd Təsərrüfatı nazirinin keçmiş müavini, son zamanlar “Lamiyə olayı” ilə diqqət mərkəzində olan Aslan Aslanovun oğlu Turqay Aslanovdur.
AzNews.az-ın araşdırması nəticəsində məlum olub ki, həmin avtomobil 2008-2013 illərdə Turqay Aslanovun adına olsa da, 2013-cü ildə Allahverdiyev Valeh Ramazan oğluna etibarnamə verilib. Amma sayı məhdud, təxminən 300 min dollar dəyərində olan ağ rəngli “Bentley” daim Turqay Aslanov tərəfindən idarə olunub.
Qeyd edək ki, Şəmkirin keçmiş icra başçısı Aslan Aslanovun oğlu Turqay Aslanov hazırda Ədliyyə Nazirliyinin İstintaq idarəsinin müstəntiqi vəzifəsində çalışır.
***
Turqay Aslanovun polis tərəfindən saxlanılması və cəzalandırılması Lamiyə Quliyevanın həbsdən çıxdığı gün baş verib.


Şərhlər