KƏMALƏDDİN HEYDƏROV KİÇİK OĞLUNA TOY ELƏDİ - Kiminlə quda oldu? - FOTOLAR
Bu gün - fevralın 28-i Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun ailəsi üçün əlamətdar gündür. “AzPolitika.info”nun əldə etdiyi məlumata görə, bu gün nazirin kiçik oğlu Nicat Heydərovun toy mərasimi keçiriləcək. Toy mərasimi “Buta Palace”da baş tutacaq.
Məlumata görə, bugünkü toyda xaricdən də xeyli sayda qonaqlar iştirak edəcək. Kəmaləddin Heydərovun xaricdə həm dövlət xadimləri arasında, həm iş dünyasında, həm də idman sahəsində xeyli sayda dostları var ki, onların toya gələcəyi gözlənilir.
[caption id="attachment_98375" align="alignleft" width="300"]
Bundan əlavə, əsasən xaricdə biznes və diaspora fəaliyyəti ilə bağlı nazirin böyük oğlu - “United Enterprises International” şirkətlər qrupunun İdarə Heyətinin və “Avropa-Azərbaycan Cəmiyyəti”nin sədri, “Qəbələ” Futbol Klubunun prezidenti Tale Heydərovun da İngiltərədən və digər ölkələrdən olan ən yaxın dostlarının toyda iştirak edəcəyi bildirilir. Hansı ki, onların arasında həm biznes cameəsinin, həm də siyasət aləminin tanınmış adları var.
Bu baxımdan toyun xeyli qələbəlik keçəcəyi gözlənilir. Elə buna görə də toya çağrılan hörmətli qonaqların rahat yerləşdirilməsi məqsədilə xüsusi adamların ayrıldığı, otellərdə yerlərin bron edildiyi bildirilir.
Kəmaləddin Heydərovun böyük oğlunun toyunda olduğu kimi, kiçik oğlunun da toy mərasimində əsasən yerli sənətçilərin və musiqi qrupların iştirak edəcəyi bildirilir. Ancaq həm də biznesmen kimi tanınan T. Heydərovun kiçik qardaşının toyuna tanınmış türk və başqa əcnəbi müğənniləri dəvət edəcəyi də istisna olunmur.
[caption id="attachment_98377" align="alignleft" width="300"]
Qeyd edək ki, bu gün bəy olacaq Nicat Heydərov da biznes fəaliyyətilə məşğuldur. O da qardaşı kimi nüfuzlu London İqtisadiyyat Məktəbində təhsil alıb.
Nicat Heydərov “United Enterprises International” şirkətlər qrupunun sədr müavini, həm də bu holdinqin əsas səhmdarlarından biridir. Holdinqin Azərbaycanda, İngiltərədə və Almaniyada ofisləri var. Heydərov qardaşlarının rəhbərlik etdiyi holdinqin tərkibində Azərbaycanla birbaşa bağlılığı olan müxtəlif şirkətlər də var. Nicat Heydərovun Türkiyədə biznes qurduğuna dair də məlumatlar var.
“AzPolitika.info”nu məlumatlandıran mənbənin sözlərinə görə, Kəmaləddin Heydərov ikinci oğluna - Nicata da, necə deyərlər, özünün sevib-seçdiyi qızı alıb. Onun «İtaldizain Holdinq»in baş direktoru, Azərbaycan Milli Avarçəkmə Federasiyasının (AMAF) prezidenti Elçin Zeynalovun qızı olduğu bildirilir.
[caption id="attachment_98382" align="alignleft" width="300"]
Qeyd edək ki, Qapalı Tipli Səhmdar Cəmiyyəti kimi yaranan “İtaldizayn Group” gənclər və idman naziri Azad Rəhimova məxsus holdinq kimi tanınır. Nazir postuna gətirilməzdən qabaq biznes fəaliyyəti ilə məşğul olan Rəhimov Avropanın tanınmış mebel brendlərinin ölkəmizdə satışını həyata keçirib. «İtaldizain Group» da 1996-cı ildə Bakıda İtaliya mətbəx avadanlığını Azərbaycan bazarına gətirməklə keyfiyyətli xidmət təklif edən bir ticarət şirkəti olaraq yaradılıb. Ancaq sonradan şirkətin fəaliyyət dairəsi və bazara təqdim etdiyi məhsulların çeşidi genişlənib. 1998-2006-cı illərdə isə “İtaldizayn” Qapalı Tipli Səhmdar Cəmiyyətin baş direktoru vəzifəsində işləyən Azad Rəhimov biznesdə böyük uğurlar əldə edib. Təsadüfi deyil ki, «İtaldizain Group» bu gün 25-ə yaxın şirkət, salon və butiki özündə birləşdirən holdinqə çevrilib.
[caption id="attachment_98383" align="alignleft" width="300"]
Azad Rəhimov nazir vəzifəsinə təyin olunduqdan sonra isə Holdinqin baş direktoru vəzifəsini Elçin Zeynalov həyata keçirib. Onun həm də «İtaldizain Holdinq»in əsas səhmdarlarından biri olduğu bildirilir. «İtaldizain Holdinq»in uğurlarında böyük rolu olan Elçin Zeynalovun həm də Azərbaycan Milli Avarçəkmə Federasiyasının prezidenti kimi bu sahənin inkişafına ciddi töhvələr verdiyi bildirilir.
Bundan əlavə Elçin Zeynalovun vaxtilə Azərbaycan Kommunust Partiyasının I katibi işləmiş Kamran Bağırovun yaxın qohumu olduğu da bizə verilən məlumatlar sırasındadır. Yəni, Elçin Zeynalovun da həm ailəsi, həm də özü ölkənin ictimai-siyasi, biznes elitası tərəfindən tanınır. Bu baxımdan bu gün keçiriləcək toy mərasiminə oğlan evi ilə yanaşı, qız evindən xeyli sayda tanınmış insanın dəvət olunacağını söyləyə bilərik.
Sonda övladlarının şad günü ilə bağlı yeni qudalara – Kəmaləddin Heydərov və Elçin Zeynalova göz aydınlığı verir, bəylə gəlinə isə xoşbəxtlik arzulayırıq!
İ.İSMAYILBƏYLİ
AzPolitika.info
(Toydan fotolar)
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.