Menu

Rektorun qızını döyənlərin məhkəməsi başladı- Anaları DANIŞDI - VİDEO

17.03.2015, 20:56
Rektorun qızını döyənlərin məhkəməsi başladı- Anaları DANIŞDI - VİDEO

Xəzər Universitetinin rektoru Hamlet İsaxanlının qızı Ülkər İsayevanı döyən Zaur və Elin Məmmədov qardaşlarının məhkəməsi başlamaq üzrədir. Musavat.com-un reportyoru Məhəmməd Türkmən Apelyasiya Məhkəməsinin qarşısından xəbər verir ki, jurnalistləri hələ içəri buraxmayıblar. Prosesin qapalı, yaxud aşıq keçiriləcəyi bilinmir. Rektorun qızını döyənlər barədə həbs qətimkan tədbirinin seçiləcəyi gözlənilir. Əməkdaşımızın verdiyi xəbərə görə, xuliqanlıqda təqsirləndirilən gənclərin bir neçə yaxını məhkəmə binası qarşısında gözləyir.

Əməkdaşımızın verdiyi son məlumata görə, rektorun qızını döyən Zaur və Elin Məmmədov qardaşlarının anası Gülnarə Məmmədova jurnalistlərə açıqlama verib. O, öz övladlarının belə bir hadisə törədə biləcəyinə şübhə ilə yanaşdığını bildirib: "Mən o videoda öz uşaqlarımı tanımadım. Onların üzü videoda görünmür...

Bizim “Bentley” maşınımız yoxdur, biz onu sadəcə olaraq icarəyə götürmüşdük. Mənim oğlanlarımın deyildiyi qədər də pulu, o qədər imkanı da yoxdur. Heç yazıldığı kimi avtoritet də deyillər, intelegent oğlanlardırlar. Turizm şirkəti işlədirlər. Bakıya bir müddət öncə qayıdıblar. Mən Ülkər İsayevanı şəxsən tanımıram. Oğlanlarımın da onu haradan tanıdığını deyə bilmərəm”.

Gülnarə Məmmədovanın sözlərinə görə, Elin və Zaur hadisənin şokundan çıxa bilmirlər:“Özləri mənə deyillər ki, “Mama, biz hələ də bu hadisənin təsirindən çıxa bilməmişik. Nə baş verdiyini bilmirik anlamırıq”.

Gülnarə Məmmədova onu da bildirib ki, o özü də jurnalist olub. Və vaxtilə Rusiyanın "ORT" telekanalında fəaliyyət göstərib.

“Ülkər İsayeva ilə Zaur Məmmədov arasında yaxın münasibətlər olub. Bunu Zaur özü də istintaqda təsdiqləyib. Onlar əvvəldən tanış olublar. Zaurun dediyinə görə, həmin gün onların arasında xırda mübahisə baş verib”. Bunu AzVision.az-a açıqlamasında Xəzər Universitetinin rektoru Hamlet İsaxanlının qızı Ülkər İsayevanı döydükləri iddia edilən Elin və Zaur Məmmədov qardaşlarının vəkili Cavid Alıyev deyib.

Vəkilin sözlərinə görə, Ülkər Zaur Məmmədovdan şikayətçi deyil: “Bu mübahisə kamera görüntülərində qeydə alındığına görə, istintaq oraqanı məsələni böyüdüb. Onlar bunu ictimai qayda pozuntusu, cəmiyyətə hörmətsizlik göstərmək kimi qələmə vermək istəyirlər. Zərərçəkən kimi qələmə verilən Ülkər İsayeva da həm istintaqda, həm də məhkəmədə Elin və Zaura qarşı heç bir şikayətinin olmadığını bildirib”.

Vəkil rektorun qızını döyən qardaşların atasının avtoritet olması haqda iddialara da aydınlıq gətirib.

“Qardaşların atası Muxtar Məmmədov məmur deyil. O hər hansı bir dövlət vəzifəsi daşımır. O, adi bir işlə məğul olur. Avtoritet deyil. Qardaşlar adi bir şirkətdə işləyirlər. Onlar məmur övladları deyillər”.

C.Alıyev həmçinin qeyd edib ki, hazırda bu məsələ ilə bağlı istintaq davam edir.

“Hazırki mərhələdə həmin qardaşlara Cinayət məcəlləsinin 221.2.1 maddələri ilə (Bir qrup xuliqanlıq ) ittiham verilib. Biz o ittihamı qəbul etmirik. Hesab edirik ki, toplanmış sübutlar həmin qardaşların bu maddə ilə ittiham edilməsi üçün yetərli deyil. Hazırda onların barəsində həbs qətiimkan tədbirinin seçilməsi ilə bağlı məhkəmə araşdırmaları davam edir”.

Qeyd edək ki, Ülkər İsayeva martın 9-da Bakı şəhəri Səbail rayonu Azadlıq prospekti ilə Üzeyir Hacıbəyov küçəsinin kəsişməsində iki qardaş tərəfindən döyülərək fiziki işgəncəyə məruz qalıb.

Xətai Rayon Məhkəməsinin hakimi Raziyə Ataşova H. İsaxanlının qızını döydüklərinə görə saxlanılan Zaur və Elin Məmmədov qardaşlarını azadlığa buraxıB. Hakimin bu qərarından prokurorluq protest vermişdi.

Qardaşların işinə ayrı-ayrılıqda baxılır. Onlardan birinin hakimi Sahibxan Mirzəyevdir. Qardaşların hər ikisi məhkəmədə iştirak edir.

Ü. İsayeva isə prosesə qatılmayıb. Məhkəmə sabah saat 10:00-a təxirə salınıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol