Menu

Prezident Kəmaləddin Heydərov və Azad Rəhimova orden verdi

29.06.2015, 17:15

serencam ilhamDövlət başçısı bununla bağlı sərəncamlar imzalayıb

Prezident İlham Əliyev I Avropa Oyunları qaliblərinin və Azərbaycanda idmanın inkişafında xidmətləri olan şəxslərin təltif edilməsi haqqında sərəncam imzalayıb. AzərTAc xəbər verir ki, ölkə başçısının imzaladığı sərəncamla Heydərov Kəmaləddin Fəttah oğlu 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Ölkə başçısı gənclər və idman naziri Azad Rəhimova isə "Şöhrət" ordeni verib.

Qeyd edək ki, K.Heydərov Boks və Teakvando Federasiyalarının prezidentidir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol