Menu

Azərbaycanlı milyarder icra hakimiyyətini məhkəməyə verdi - FOTO

05.10.2015, 11:19
Azərbaycanlı milyarder icra hakimiyyətini məhkəməyə verdi - FOTO

“Aznar” Qapalı Səhmdar Cəmiyyəti (QSC) Göyçay Rayon İcra Hakimiyyətini məhkəməyə verib.

“Report” xəbər verir ki, QSC icra hakimiyyətinin sərəncamının ləğv edilməsini tələb edir.

İddiaya əvvəlcə Şəki İnzibati-İqtisadi Məhkəməsində baxılıb. Məhkəmə iddianı təmin etməyib.

Şəki Apellyasiya Məhkəməsi Şəki İnzibati-İqtisadi Məhkəməsinin aktını ləğv edərək yeni qərar qəbul edib.

İddiaya Azərbaycan Ali Məhkəməsində baxılacaq.

Qeyd edək ki, “Aznar” QSC-nin Müşahidə Şurasının sədri azərbaycanlı milyarder Fərhad Əhmədovdur. F.Əhmədov hazırda Rusiya Federasiyasında yaşayır.

“Aznar” QSC-nin ofisi Göyçay şəhərindədir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol