Baş nazir Rəcəb Tayyib Ərdoğan 17- 25 dekabr müddətində baş verənləri danışmaq üçün AKP millət vəkilləri ilə görüşüb.

Avropa.info-nun Türkiyə mətbuatına istinadən məlumatına görə, Ərdoğan 17 dekabrdan etibarən xarici qüvvələrdən dəstək alanlar tərəfindən zərbələr aldığını deyib.

Baş nazir bu zərbələrin qarşısının alındığını söyləyib.

Bir televiziya proqramına qonaq olan jurnalist-yazar Əbdülqadir Selvi Ərdoğanın millət vəkilləri ilə görüşdüyü toplantıda dinləmə cihazı ilə bağlı açıqlama verdiyini deyib. Selvi onu da qeyd edib ki, Ərdoğan cihazın kimlər tərəfindən qoyulduğunu müəyyən edib. Jurnalist iddia edib ki, Ərdoğan cihazı qoyanların ölkədən çıxdığını və paralel quruluşla əlaqəsi olduğunu da deyib.