Menu

Banklar dolları ucuzlaşdırmağa başladılar

08.01.2016, 19:36
Banklar dolları ucuzlaşdırmağa başladılar

Azərbaycanın kommersiya bankları Mərkəzi Bankın “limit” tələbindən sonra bir çox xarici valyutaların, o cümlədən Dolların alış və satış məzənnəsini aşağı salıblar.

“Marja” xəbər verir ki, artıq bəzi banklar 1 dolları 1.62 manatdan satmağa başlayıblar. Məsələn, “AccessBank”ın saytında verilən məzənnəyə görə, Bank dolları 1,5642-dən alır, 1,6267-dən satır.

Mərkəzi Bankın qərarından öncə banklarda dolların satış qiyməti 1.85-ə qədər çıxmışdı.

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı (AMB) İdarə Heyətinin qərarı ilə nağd və qeyri-nağd mübadilə əməliyyatları zamanı milli valyutanın xarici valyutaya, habelə xarici valyutanın mübadilə məzənnəsi hədlərini həmin gün üçün AMB-nin rəsmi məzənnəsindən +/- 4% məbləğində (xarici valyutanın alış məzənnəsi rəsmi məzənnədən maksimum 4%-dək aşağı, satış məzənnəsi isə maksimum 4%-dək yuxarı) müəyyən edilib.

Bununla əlaqədar banklar və onların struktur bölmələri tərəfindən xarici valyuta məzənnələrinin müəyyən olunması zamanı Mərkəzi Bank tərəfindən tətbiq edilmiş limitə (marja) riayət edilməsinə ciddi nəzarət edilməlidir.

Yəni, bugünkü rəsmi məzənnəyə (1,5642 AZN/USD) uyğun olaraq, dolların alış məzənnəsi minimum 1,5016 AZN/USD, satış məzənnəsi isə maksimum 1,6268 AZN/USD ola bilər.

Qeyd edək ki, Mərkəzi Bank gələn həftənin Bazar ertəsi günü üçün də AZN/USD məzənnəsini 1,5642 müəyyən edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol