Menu

ABŞ-ın B-52 bombardmançıları Rusiyanın Arktikadakı yeni bazalarına yaxınlaşıb

08.08.2016, 14:11
ABŞ-ın B-52 bombardmançıları Rusiyanın Arktikadakı yeni bazalarına yaxınlaşıb

AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, ABŞ Strateji komandanlığının təlimlərində iştirak edən B-52 bombardmaçı təyyarələri Rusiyanın Arktika sahilləri boyunca uçuş edərək, adalardakı yeni bazalara yaxınlaşıb.

Hərbi aviasiyanın hərəkətini izləyən Qərb saytlarına istinadla, bu xəbəri «İnterfaks» agentliyi yayıb.

Agentliyin məlumatına görə, iki B-52 təyyarəsi Birləşmiş Ştatların kontinental hissəsindən havaya qalxaraq, Şimal qütbünə çatıb və sonra Norveçin Şpitsbergen arxipelaqına səmt götürüb.

Ardınca, təyyarələrin marşrutu Rusiyanın arktik əraziləri boyunca - «Aleksandr torpağı» (Frans-İosif arxipelaqı), «Sredniy» adaları («Şimal torpağı» arxipelaqı), «Kotelnıy» adaları (Novosibirsk adaları) və Vrangel adaları boyunca davam edib. Bu ərazilərdə isə Rusiyanın yeni bazaları yerləşir. Təyyarələr bu ərazilərə 70-150 kilometr məsafəyə qədər yaxınlaşıblar - başqa sözlə, Rusiyanın Arktikadakı iqtisadi zonasının səmasına daxil olublar.

«İnterfaks»ın məlumatına görə, təlimlər iyulun 31 - avqustun 1-i tarixlərində baş tutsa da, bu məlumatlar yalnız indi üzə çıxıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol