"Rusiya Ermənistana "İsgəndər" raket komplekslərinin tədarük edildiyi barədə iddianı inkar etməyib"
Rusiyanın Ermənistana "İsgəndər" raket kompleksləri verməsi regionda əlavə təhlükələr yarada bilər.
Bunu Trend-ə Rusiyanın müstəqil hərbi icmalçısı, "Novaya qazeta"nın təhlilçisi Pavel Felqenqauer deyib.

Ekspert əlavə edib ki, Ermənistana hansı "İsgəndər" raket komplekslərinin tədarük edildiyi aydın deyil: "Rusiya Ermənistanın silahın tədarükü barədə iddiasını inkar etməyib və bu məsələnin detallarını açıqlamayıb".


Şərhlər