Menu

Banklar "qara bazar"ı canlandırır - Dollar 1,84 manat oldu

01.12.2016, 19:19

dollar azpolitikaBu gün “qara bazar”da dolların alış və satış qiymətləri yenidən bahalaşıb. Bankların dollar satışını məhdudlaşdırması “qara bazar”ı bir qədər də canlandırıb.

Bu saatlara qədər “qara bazar”da 1 dollar 1,8200 manata alınır, 1,8400 manata satılır.

Doğrudur, banklarda rəsmi məzənnə bundan aşağı, yəni 1,8030 manat olsa da, onların əksəriyyəti valyuta satışını dayandırıb. Buna görə, dollar axtaran vətəndaşlar, xüsusilə, iş adamları «qara bazar»a üz tutur.

«Qara bazar»da avro da bahalaşıb. 1 Avropa valyutası 1,9500 manata satılır. Alışı isə 1,9300 manatdır.  /Fins.az

11 12

 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol