Menu

Bakıda çoxmərtəbəli binada yanğın - 20 sakin təxliyə edilib

19.12.2016, 09:19

Yanqini-sondururlerBakı şəhəri, Xəzər rayonunda doqquzmərtəbəli yaşayış binasının 7-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 105 m2 olan 5 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları, dəhlizi 23 m2 və aynabənd 10 m2 sahədə yanıb.

Yüksək temperaturdan mətbəxin, hamamın, lambirindən ibarət tavanı 10 m2 sahədə və 2 ədəd plastik qapi əriyib.

Yanğın zamanı yuxarı mərtəbələrdən 20 nəfər sakin yanğınsöndürənlər tərəfindən təxliyə olunub. Yanğından mənzilin qalan hissəsi və qonşu mənzillər mühafizə edilib.

Yanğın saat 00.33-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol