Menu

"Qarabağ ətrafındakı ərazilər Azərbaycana qaytarılmalıdır" - Ter-Petrosyan

29.03.2017, 13:47

petrosyanDağlıq Qarabağ ətrafındakı ərazilər tərəflərin danışıqlar apardığı sənədə uyğun olaraq Azərbaycana qaytarılmalıdır.

Virtualaz.org İnterfaks-ABN-ə istinadən bildirir ki, bunu Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyan bəyan edib.

Ter-Petrosyan "Kentron" telekanalının efirində deyib: "Əgər biz bunu könüllü etməsək, onda bir dəfə ərazilər sanksiyalarla alınacaq".

Ter-Petrosyan qeyd edib ki, dövlət cəmiyyəti münaqişənin həllinə hazırlamalıdır: "Əgər Serj Sarkisyan bu yolla getsə, onda mən sona kimi onun yanında olacağam".

Qeyd edək ki, Levon Ter-Petrosyanın rəhbərlik etdiyi "Erməni Milli Konqresi" aprelin 2-də keçiriləcək parlament seçkilərinə "Ermənistan Xalq Partiyası" ilə birlikdə, seçkiqabağı blok tərkibində qatılacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol