Menu

“Qara bazar”da dolların bahalaşdığı bildirilir

26.04.2017, 10:37
“Qara bazar”da dolların bahalaşdığı bildirilir

Fərdi qaydada valyuta satışı ilə məşğul olan şəxslərdən əldə edilən məlumatlara əsasən, aprel ayının 26-də səhər saatlarında dolların alışı 1.6700 manata, satışı isə 1.6800 manata yüksəlib. Bu isə son iki gündə dolların 1,2%-dək bahalaşması deməkdir.

Ötən gün "qara bazar"da ABŞ valyutası 1.6600 manata alınıb, 1.6700 manata satılırdı.

Qeyd edək ki, banklar ən yaxşı halda Dolları 1.66-1.6750 manata alır, 1.68-1.70 manata satırlar.

25 aprel 2017-ci il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondununda iştirakı ilə hərrac keçirilmişdir. Hərracda manatın orta çəkili məzənnəsi 1,7025 səviyyəsində formalaşmışdır. Bundan əvvəl rəsmi məzənnə 1.7022 manata düşmüşdü. /fins.az

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol