«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Rusiya sərhədi yaxınlığında NATO-nun nəhəng hərbi təlimləri start götürüb. Təlimlər Estoniya ərazisində keçiriləcək.
ABŞ və digər ölkələrlə birgə müxtəlif hərbi təlimlər Estoniya ərazisində qısa fasilələrlə, demək olar, bütün yaz fəsli boyunca davam edir. İndi isə miqyaslı təlimlərin növbəsi çatıb - «Yaz fırtınası» kod aldı təlimlərin. Bu təlimlərdə Estoniyanın, həmçinin Böyük Britaniyanın, Danimarkanın və ABŞ-ın 6 mindən artıq hərbçisi iştirak edəcək.
Bundan əvvəl Pentaqon bu ölkəyə ən yeni qırıcı-bombardmançılar (F-35) göndərib. Bunlar - dünyada ən bahalı təyyarələr sayılır.
Xatırladaq ki, hazırda Rusiya ilə həmsərhəd ölkələrdə NATO-nun 7 min nəfərə yaxın hərbi qulluqçusu yerləşir. Bu barədə qərar Krımın Rusiyaya birləşdirilməsindən və Ukraynanın şərqində münaqişənin başlanmasından sonra alyans rəhbərliyi tərəfindən qəbul olunub.
Sözügedən təlimlər mayın 26-a qədər davam edəcək.

Şərhlər