Menu

Cəlilabadda daş salnamə tapıldı - FOTO

09.05.2017, 10:37
Cəlilabadda daş salnamə tapıldı - FOTO

Cəlilabad rayonunda daş salnamə aşkar edilib.

Tarixçi Elşad Əmənovun “Report”un Aran bürosuna verdiyi məlumata görə, salnamənin üzərində 14 hərf-işarə var.

Yazı qrafiki Mingəçevirdə, Şimali Qafqazda, Altay ərazisində, Urmiya və Ön Asiyada tapılmış yazı nümunələrinə çox oxşardır. Yazılı daşın bir üzünə baxış keçirilsə də, digər üzü torpağa bitişik olduğundan tədqiq etmək mümkün olmayıb.

Tarixçinin sözlərinə görə, bu tip yazılara Mixi yazıları dövründə də rast gəlmək mümkün olub: "Bu yazı təqribən e.ə. V əsrə aiddir. Bunun ciddi tədqiqata ehtiyacı var".

4390f63e-ea41-43a2-83a8-c7b405d7b38b 715517ef-3873-4ae4-9fd7-8d9225d03fe4

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol