AzPolitika.info xarici KİV-nə istinadla xəbər verir ki, dünyanın bir çox ölkələrinin hərbi kəşfiyyatı yüksək hazırlıq vəziyyətinə gətirilib. Gözlənildiyi kimi, bu gün Şimali Koreya növbəti dəfə ballistik raket sınaqları keçirəcək.
Yeni raket sınaqları məhz iyulun 27-ə təyin olunub. Bu gün Koreya Xalq Demokratik Respublikasında (KXDR) böyük bayramdır -Koreya müharibəsinin başa çatmasının ildönümüdür.
«CNN»-nin məlumatına görə, Amerika Birləşmiş Ştatlarının (ABŞ) kəşfiyyatı Pxenyanın raket startı üçün lazım olan texnikanın yerini necə dəyişdiyini qeydə alıb.
Bütün bunlardan görünür ki, Şimali Koreya «özünə sadiq qalır» və Kusona şəhəri (ölkənin şimal-qarbin) yaxınlığınndan raket atışı həyata keçirəcək. Bu ərazi Çin sərhədinin cəmi 50 kilometrliyinə yerləşir.
ABŞ kəşfiyyatı bildirir ki, bundan əvvəlki sınaqlar zamanı bütün hallarda, texnikanın daşınmasından bilavasitə sınaqlara qədər təxminən, 6 gün ötüb.
KXDR-n hərəkətləri artıq çoxdan ABŞ-ın narahatlığına səbəb olub. Cari ayın əvvəlində Pxenyan tərəfindən qitələrarası raketin uğurlu sınağından sonra ABŞ hakimiyyəti Pxenyanın aqressiv addımlarına qarşı ciddi və «qlobal cavab» tələb edir.
Bu gündən etibarən, Şimali Koreyaya getmək ABŞ vətəndaşlarına qadağan olunur.


Şərhlər