Menu

Özbəkistan Mərkəzi Bankı milli valyutanı 48% devalvasiya edib

04.09.2017, 23:21
Özbəkistan Mərkəzi Bankı milli valyutanı 48% devalvasiya edib

Özbəkistan Mərkəzi Bankı sentyabrın 5-dən milli valyutanın ABŞ dollarına məzənnəsini 1 dollar/8100 sum təyin edib.APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Özbəkistan Mərkəzi Bankından bildirilib.

Sentyabrın 4-də rəsmi məzənnə 1 dollara görə 4210, 35 sum təşkil edirdi. Əhali və fərdi sahibkarların istifadə etdiyi “qara bazar”da dolların məzənnəsi 7,5-7,6 civarında idi.

Qeyd edək ki, sentyabrın 2-də Özbəkistan prezidenti Şavkat Mirziyoyev "Valyuta siyasətinin liberallaşdırılması üzrə prioritet tədbirlər haqqında" fərman imzalayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol