Menu

Qırğızıstanda prezident seçkiləri keçirilir

15.10.2017, 10:12
Qırğızıstanda prezident seçkiləri keçirilir

Bu gün Qırğızıstanda prezident seçkiləri keçirilir.

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, yerli vaxtla saat 08.00-da açılan 2375 seçki məntəqəsi saat 20.00-da bağlanacaq.

Ölkə xaricində vətəndaşlar səfirlik və konsulluqlarda açılmış 37 seçki məntəqəsində səs verə biləcək. Prezident postuna 11 namizəd iddialıdır. Səlahiyyət müddəti dekabrın 1-də başa çatacaq Qırğızıstanın prezidenti Almazbek Atambayev Konstitusiyaya əsasən namizədliyini irəli sürməyib. Seçkilərdə ölkənin sabiq baş nazirləri - Sosial Demokrat Partiyasının namizədi Soornbay Jeenbekov və müxalifət liderlərindən Omurbek Babanovun şansı yüksək qiymətləndirilir.

Ölkə tarixində ilk dəfə seçkilər elektron informasiya-seçki sistemi tətbiq edilir. Sistem seçki qutularına atılan bülletenləri avtomatik hesablayır, məlumatlar mərkəzi server və sayta ötürülür.

Qırğızıstan Mərkəzi Seçki Komissiyası yerli vaxtla saat 10.00-a seçici fəallığının 7,49% təşkil etdiyini açıqlayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol