Menu

DOLLAR 2 MANATI KEÇƏCƏK? - Qeyri-müəyyən vəziyyət yaranıb

21.12.2017, 14:05
DOLLAR 2 MANATI KEÇƏCƏK? - Qeyri-müəyyən vəziyyət yaranıb

“AzFinance” investisiya şirkəti manatın məzənnəsi ilə bağlı proqnozunu açıqlayıb.

“APA-Economics”in məlumatına görə, şirkətin direktor müavini Murad Əhmədov bildirib ki, hazırda dövlət büdcəsinin daxilolmalarında neft sektorunun payı yüksəkdir.

Onun fikrincə, büdcə daxilolmalarında qeyri-neft sektorunun payının artması manatın məzənnəsini daha da sabitləşdirə bilər: “Buna nail olsaq, bir şeyi dəqiq deyə bilərəm ki, 1 dolların məzənnəsi 2 manatı keçməyəcək. Bizi neftin qiyməti də təəssüfləndirə bilər və bu amili unutmaq olmaz. Neftin qiyməti kəskin dəyişərsə və bizim ticarət tərəfdaşlarımızın valyutası, yəni Rusiya rublu və Qazaxıstan təngəsi ucuzlaşarsa, manat da ciddi təzyiqlərlə üzləşəcək. Dəqiq proqnoz vermək çətindir. Manatın məzənnəsinin sabit saxlanılması üçün Mərkəzi Bank tərəfindən nə qədər vəsaitin xərclənəcəyini də bilmirik. Bir daha qeyd edirəm ki, büdcə daxilolmalarında qeyri-neft sektorunun payı nə qədər çox olarsa, dolların məzənnəsi bizi daha az narahat edər”.

Şərhlər

Asim 2017-12-21 14:05:15

Zaten manat coxdan 2 manatdı sadece elman rüstemov xalqın cibne girib manatın kursunu xalqın pulu hesbna saxlayır vicdansız

Bashirov Qarib 2017-12-21 14:05:15

manatin 2manat olmasi uchun hech bir iqtisadi amil yoxdur.Amma, inaniram ki, manat suni olaraq 1$/2Azn olacaq, sebebini izah edim- Sahibleri lap tepede temsil olunan banklar,selem(yani kredit) vererken muqavilede gozle gucle goruken bele bir cumle yaziblar ki,dollar 2 manata yaxinlasharsa,yuksek faizle kredit goturenlar, olduqca boyuk meblegde faiz odemelidir.Odur ki, bank sahibleri chalishirlar ki, neyin bahasina olursa, olsun,dollar bir qeder qalxsinki,ehalini zorla talayaq.Esl sebeb budur.Hazir olun.

Bashirov qarib-E CAVAB: 2017-12-21 14:05:15

DÜZDÜ EGER DOLLARIN TALEYİ BAŞQA ĞLKƏLƏRDƏKİ KİMİ MOŞENNİKLERİN ELİNDE OLSAYDI İNDİ DOLLAR BELKE DE 3 MANAT İDİ VE SONRADAN DA BU MOŞENNİKLER DOLLARI 5 MANAT EDERDİLER!
şükürler olsun ki, Azerbaycanda fenomen şəxsiyyət ULU ÖNDƏR HEYDƏR ƏLİYEV doğulmuşdu, özünden sonra AZERBAYCANI İDARE EDECEK YÜKSEK İNTELLEKTLİ PRAQMATİK DEDUKTİV MƏNTİQLİ İLHAM ƏLİYEV KİMİ BİR ŞƏXSİYYƏTİN YETİŞMƏSİNƏ NAİL OLARAQ HUMANİST İNSANPƏRVƏR MÜBARİZ QADIN-ANA OLAN MEHRİBAN XANIM ƏLİYEVANI ONA HƏYAT YOLDAŞI OLMASINA DƏSTƏK OLMUŞDUR!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol