Menu

Valideynini itirmiş şəxslər təhsil haqqından azad olunur

25.01.2018, 15:53
Valideynini itirmiş şəxslər təhsil haqqından azad olunur

““Valideynini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” qanuna dəyişikliklər ediləcək. Bu, 18 yaşına qədər valideyninin birini itirmiş, o biri valideyni isə 2-ci qrup əlil olanların təhsil haqqının dövlət tərəfindən ödənilməsi məsələsi ilə bağlıdır”.

“Report”un xəbərinə görə, Milli Məclisin Əmək və sosial siyasət Komitəsinin bugün keçirilən iclasında komitə sədri Hadı Rəcəbli deyib.

Onun sözlərinə görə, hazırki qanunvericilik buna imkan vermir: “Təxmini hesablamalara görə, belə şəxslərin sayı 100-dən çoxdur. Biz bu şəxslərin təhsilinin maliyyə tutumunu öyrənib, daha sonra isə bununla bağlı qanunvericilikdə dəyişikliklər edə bilərik”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol