Türkiyə ordusunun PYD, YPG və İŞİD terrorçularına qarşı əməliyyat keçirdiyi Suriyanın Afrin bölgəsində fevralın 10-da şəhid olmuş türk hərbçilərinin sayı 11 nəfərə çatıb. APA-nın xəbərinə görə, bu barədə Türkiyə SH Baş Qərargahının son məlumatında bildirilir. Məlumata görə, ötən gün ərzində gedən döyüşlərdə daha 4 hərbçi həlak olub, daha 2 nəfəri isə yaralanıb. Gün ərzində PYD, YPG və İŞİD terrorçu qruplaşmalarının 13 üzvü məhv edilib.
Baş Qərargahın bundan əvvəl yayılan məlumatında gün ərzində 7 hərbçinin şəhid olduğu bildirilmişdi.
Qeyd edək ki, əməliyyatın keçirildiyi dövrdə Türkiyə ordusu məhz ötən gün ən çox şəhid verib. Ümumilikdə isə, Türkiyə ordusu indiyədək Afrində 30 şəhid verib, 70-dən çox hərbçi isə yaralanıb.
Qeyd edək ki, Türkiyə Baş Qərargahı yanvarın 20-də Suriyanın Afrin bölgəsində "Zeytun budağı" əməliyyatı başladığını, hərbi əməliyyatın məqsədinin bölgənin PYD/YPG, İŞİD və digər terror təşkilatlarından təmizləmək olduğunu bəyan edib. Bir gün sonra isə Türkiyə ordusu Suriyanın Afrin bölgəsində quru əməliyyatına başlayıb.
****

"Report" bu ölkənin mətbuatına istinadən xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələri məlumat yayıb.
Məlumatda qeyd edilir ki, əsgərlərdən 2-i helikopterin vurulması nəticəsində şəhid olub. Bundan əlavə, Silahlı Qüvvələrdən verilən digər məlumata görə, daha 5 əsgər şəhid olub.
Əməliyyat zamanı yaralanan hərbçilərin də sayı artıb. Belə ki, son məlumatlara görə, hərbi əməliyyatlarda daha 9 türk əsgəri yaralanıb.
Hərbi əməliyyatlar zamanı 26 terrorçu zərərsizləşdirilib.
***
Türkiyə Silahlı Qüvvələrinin Suriyanın Afrin bölgəsində keçirdiyi "Zeytun budağı" əməliyyatında bir neçə hərbçi şəhid olub.
"Report" xəbər verir ki, bu barədə "Hürriyyet" Türkiyə Silahlı Qüvvələrinə istinadən məlumat yayıb.
Məlumatda bildirilir ki, bu gün keçirilən hərbi əməliyyatlarda 3 hərbçi həlak olub. Əməliyyat zamanı habelə daha 5 hərbçi yaralanıb.
Türkiyə Silahlı Qüvvələri PKK-nın Suriya qolu PYD və YPG-nin, habelə İŞİD-in azı 15 terrorçusunu zərərsizləşdirib.


Şərhlər