Menu

İlham Əliyevin namizədliyi bu gün MSK-da müzakirə ediləcək

14.02.2018, 12:01

ilham-aliyevBu gün Mərkəzi Seçki Komissiyasının iclasında Azərbaycan prezidenti, Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyevin namizədliyinin irəli sürülməsinin təsdiq olunması müzakirə ediləcək.

Bu barədə APA-ya açıqlamasında YAP mətbuat xidmətinin rəhbəri, MSK üzvü Hüseyn Paşayev məlumat verib.

Yeni Azərbaycan Partiyasının fevralın 8-də keçirilən qurultayında İlham Əliyevin prezidentliyə namizədliyi irəli sürülüb.

Qeyd edək ki, Seçki Məcəlləsinə əsasən sənədlərin komissiyaya təqdim edilməsindən sonra 5 gün müddətində MSK namizədliyin irəli sürülməsinin təsdiq olunub-olunmaması barədə əsaslandırılmış qərar qəbul etməlidir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol