Menu

REAL Milli Şuranın mitinqində iştirak etməyəcək

05.03.2018, 19:01
REAL Milli Şuranın mitinqində iştirak etməyəcək

Respublikaçı Alternativ Hərəkatı (REAL) Milli Şuranın sədri Cəmil Həsənlinin mitinqlərdə birgə iştirakla bağlı çağırışına cavab verib.

REAL-dan APA-ya verilən məlumata görə, təşkilat Milli Şuranın təşkil etdiyi mitinqlərdə qurum olaraq, təşkilatçılarından biri kimi iştirak etməyəcək: “Mitinqləri, kütləvi aksiyaları təşkil etmək siyasi təşkilatların fəaliyyət istiqamətlərindən biridir, hər bir təşkilatın kütləvi aksiyalar keçirmək hüququ var. REAL təşkilatı yarandığı ilk gündən bütün qərarları kollektiv şəkildə, ciddi müzakirələrdən sonra verir. Bu dəfə də çox ciddi, hərtərəfli müzakirələrdən sonra REAL təşkilatı Milli Şuranın təşkil etdiyi mitinqlərdə qurum olaraq, təşkilatçılarından biri kimi iştirak etməyəcək, amma üzvlərin kütləvi tədbirlərdə vətəndaş hüquqlarından istifadə etmələrini isə öz qərarlarına buraxacaq".

Şərhlər

matin 2018-03-05 19:01:32

Ba nə böyük is olub! Görəsən bu xalq bir ReAl-çı olaraq kimləri tanıyır. Orada 3-4 nəfər var, onlar da hökumətlə bağlıdır. E Qədirli heç gizlərmir ki, onu yerlisi idarə edir. Biri iqtisadçı, biri də BDU-nun müəllimi Qədirli kimi.Vəssalam-şüttamam! Qaldı İlqar Məmmədova, onu da ölkə qətiyyən tanımir, amma xarıcdə havadarları var(Troya atıdır). Ona görə bu mitinqlər heç nə itirməyəcək 3-4 realçı orda oldu ya yox....Uğurlar Azərbaycan!

ilqar 2018-03-05 19:01:32

dostum bu reyeala bir analiz ver xahis edirem

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol