Menu

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

07.03.2018, 16:00
BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Milli Şuranın martın 10-da mitinq keçirməsi ilə bağlı müraciətini cavablandırıb.

BŞİH-in ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zaur Ramazanov APA-ya bildirib ki, BŞİH aksiyanın martın 10-da keçmiş "Məhsul" stadionunda keçirilməsinə razılıq verib.

Qeyd edək ki, Milli Şura martın 10-da keçmiş “Məhsul” stadionunda mitinq keçirmək üçün BŞİH-ə müraciət edib.

Şərhlər

t.ədalət 2018-03-07 16:00:08

Deyirəm ki,biz heç olmasa Milli Şuranı yaradan Rüstəm İbrahimbəyovun hansı əqidənin sahibi olduğuna belə fikir vermirik.Cəmil Həsənlinin əqidədaşı olan Rüstəmi tanımaq üçün ,onun çəkdiyi,daha doğrusu ssenari müəllifi olduğu "Qafqaz triosu" filminə baxmaq yetər.Təpədən-dırnağa erməni sevdalısı olan R.İbrahimbəyov Azərbaycan millətini aşağılamaqdan nəinki çəkinmir,hətta bunu sevə-sevə edir.Yaxşı deyiblər,dostunu göstər, sənin kim olduğunu deyim....

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol