Menu

“Ötən il Gürcüstana ən çox investisiya yatıran Azərbaycan olub” - 482 milyon dollar

12.03.2018, 16:50
“Ötən il Gürcüstana ən çox investisiya yatıran Azərbaycan olub” - 482 milyon dollar

“2017-ci ildə Gürcüstana 482,1 mln. dollar investisiya yatıran Azərbaycan xarici investisiyaların həcminə görə lider ölkə olub”. APA-nın yerli bürosunun məlumatına görə, bunu Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirinin müavini Yekaterina Mikabadze deyib.

O bildirib ki, ötən il ölkə iqtisadiyyatına ən çox investisiya yatıran ölkələr sırasında Türkiyə 279 mln. dollarla ikinci, Böyük Britaniya isə 250,4 mln. dollarla üçüncü yeri tutub.

Nazir müavini qeyd edib ki, ötən il ölkə iqtisadiyyatına qoyulmuş 1 mlrd. 861,9 mln. dollar həcmində investisiyaların böyük hissəsi - 28,3%-i nəqliyyat və rabitə sahəsinə yönəldilib.

Y.Mikabadze vurğulayıb ki, təkrar investisiya qoyuluşunda 129,6% artım qeydə alınıb ki, bu da investorların etibarının artmasının və biznes mühitlə bağlı müsbət gözləntilərin göstəricisidir.

Şərhlər

X 2018-03-12 16:50:29

Ozumuze umac ovmuruq basqasina eriste kesirik

oxucu 2018-03-12 16:50:29

Azerbaycan “2017-ci ildə Gürcüstana 482,1 mln. dollar investisiya yatırib , 288 mln. dollar investiya Chernoqoriyaya ve
Irana 500 mln. dollar investiya edib demir yolu uchun, AMMA,
XALQ ACINACAQLI MADDI VEZIYYETDE YASHAYIR, KASIB INSANLAR INTIHAR EDIRLER, chunki, ISHSIZLIK TUQYAN EDIR, LAKIN,
RUSHVETXOR-KORRUPSIONER memurlar, XALQI TALAYIRLAR.......

omer 2018-03-12 16:50:29

Pul yatirib qazaniriqsa yaxwidir..mene maraqli bawqa weydir..bizim dovlet artiq 20ilden coxdur gurcustana ucuz kredit,ne bilim borc verir..amma bu yaxinlarda oxuduqki gurculerin bize dovlet borcu cemi 8,5mly dur...?muvlis olmuw ermenistana 10mln..?,bu nece olur?

hərbi pensiyaçı 2018-03-12 16:50:29

Yaxşı atalar sözü var: Əlimiz yağlıdısa öz başımıza çəkək. Azərbaycan xalqı iş yeri axtarır biz isə gürcülər üçün iş yerləri yaradırıq.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol