Menu

Ramin Quluzadə özünə yeni müşavir təyin edib

13.03.2018, 16:45
Ramin Quluzadə özünə yeni müşavir təyin edib

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində yeni təyinat olub.

“Report” xəbər verir ki, nazir Ramin Quluzadə Tahir Məmmədovu özünə yeni müşavir təyin edib.

Bununla da, nazirin müşavirlərinin sayı 3-ə çatıb.

Xatırladaq ki, T.Məmmədov indiyə qədər nazirliyin Daxili nəzarət və audit şöbəsinin müdiri olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol