Menu

Xalq artisti Fuad Poladovla vida mərasimi keçirilir - YENİLƏNİB

05.05.2018, 10:45
Xalq artisti Fuad Poladovla vida mərasimi keçirilir - YENİLƏNİB

Azərbaycanın xalq artisti Fuad Poladovla vida mərasimi keçirilir.

APA-nın xəbərinə görə, mərhum sənətkarın yaşadığı binanın həyətində yas çadırı qurulub. Vida mərasimində teatr və kino xadmiləri, ictimaiyyət nümayəndələri iştirak edir. Ailəsindən bildirilib ki, vida mərasimi 14.00- dək davam edəcək.

Mərhum "Qurd qapısı" qəbiristanlığında dəfn olunacaq.

F. Poladov vida mərasiminin evində keçirilməsini və "Qurd qapısı" qəbiristanlığında dəfn olunmasını özü vəsiyyət edib.

[gallery size="full" ids="416197,416198,416199"]

* * *

Xalq artisti Fuad Poladov vəfat edib.

Bu barədə APA-ya onun ailəsindən məlumat verilib. Bildirilib ki, F. Poladov mayın 4-də axşam saatlarında dünyasını dəyişib.

Fuad Poladovun cənazəsi bu gün saat 13:00-da öz evindən götürüləcək. O, “Qurd qapısı” qəbiristanlığında dəfn olunacaq.

Fuad Poladov 1948-ci il may ayının 24-də Bakıda doğulub. Sənətə 1966-cı ildə "İstintaq davam edir" filmində çəkildiyi Səlim rolu ilə gəlib. Azərbaycan Dövlət İncəsənət Universitetinin “Dram və kino aktyorluğu” fakültəsini bitirib (1967-1972). Sənət müəllimi Tofiq Kazımovun dəvəti ilə tələbə ikən Akademik Milli Dram Teatrında hazırlanan İlyas Əfəndiyevin "Məhv olmuş gündəliklər" pyesinin tamaşasında Savalan rolunu oynayıb. Premyerası 1969-cu il noyabrın 29-da göstərilən tamaşadan sonra teatrın aktyor truppasına daxil olub.

20 mart 1987-ci ildə "Azərbaycanın xalq artisti" fəxri adını alıb.

Fuad Poladov 50-ə yaxın filmdə və tamaşada müxtəlif rolları böyük sənətkarlıqla ifa edib.

Şərhlər

Fəradi 2018-05-05 10:45:23

Armızdan bir kişi də belə getdi. Yaltaqlığa, haqsızlığa, ədalətsizliyə üsyan edən bir ziyalımız. Onunsuz da hamımızın yeri oradır. Sən məğrur yaşadın, kişi kimi də getdin. Rahat yat, ALLAH sənə rəhmət eləsin qardaşım ...

Oxucu 2018-05-05 10:45:23

"Heç kimi" narahat elemedi. Xeber bele olmadı ki, xestedi. Heç kime eyilib kömek ummadı. Eyni zamanda ele bir senetkara bigane oldu hem cemiyyet hem medeniyyet nazirliyi. İtirib axtarmadı heç kim onu. O diqqete layiq şexsiyyet idi.... Heyif çox heyif.

sevda agakiwiyeva 2018-05-05 10:45:23

esil vetenperver,ziyali,esasda yaltaq olmayan wexsiyyet,oz sozu movqeyi olan KIWI-ALLLAX sene rehmet elesin

Hacı Nazim 2018-05-05 10:45:23

Allah rəhmət eləsin, məkanı Cənnət olsun. Amin! Əvəzedilməz əbədiyaşar əfsanəvi sənətkarımızı da zalım fələk qılınc çalıb dünyamızdan qoparıb apardı. Bir daha onu həyatımızda canlı görməyəcəyimizi düşünəndə dəhşətə gəlirsən. İnanmıram bir də belə dahi bir sənətkar dünyaya gəlsin. Allah o dünyasını versin. Üzüntülər içində yaxınlarına və Xalqımıza səbir diləyirəm. Bir daha Allah rəhmət eləsin.

pensioner 2018-05-05 10:45:23

Allah rəhmət eləsin.Şəxsiyyət və sənətkar kimi çox böyük insan idi.

sadəlövh 2018-05-05 10:45:23

Həyat çox qəribədir.ilk kursda oxuyarkən "Təhminə və Zaur"tamaşasına getmişdik.Hər yerdən "Təhminə Zaura yaraşmır,yaşlı görünür"pıçıltıları eşidilirdi.İndi"Zaur"haqq dünyasına gedir,"Təhminə" hələ plastik əməliyyatlara...Allah rəhmər eləsin sənə Fuad!Neçə tamaşana getsəm də yaddaşımda elə həmin yaraşıqlı Zaur kimi qaldın.

məmmədqulu 2018-05-05 10:45:23

Allah rəhmət etsin, ruhu şad olsun! Bütün dünyasını dəyişmiş sənətkarlarımıza, xalqa faydalı olmuş şəxsiyyətlərə allah rəhmət etsin!

Obyektiv 2018-05-05 10:45:23

ALLAH REHMET ELESIN! AMIN! Gozel menevi insan ve dahi senetkarlsrdan idi.. Shexsen taniyirdim da, semimi ve intellektual shexsiyyetdi.. Kohne karifeylerden biri de getdi, men de cox pis oldum.. (

Oxucu 2018-05-05 10:45:23

Cox pis oldum boyuk senetkar!Allah rehmet elesin

Rauf Üsüfli 2018-05-05 10:45:23

Çox heyif... Ruhu şad olsun!

yusif 2018-05-05 10:45:23

böyük bir şəxsiyyət getdi aramızdan tanrı dərgahına... daha da kasıbladıq və ruhumuz darıxdı...

Azəri 2018-05-05 10:45:23

Allah rəhmət eləsin böyük sənətkarımıza

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol