Menu

Ermənistan-Azərbaycan sərhədini keçməyə cəhd edən 6 əcnəbi saxlanılıb

08.05.2018, 13:21
Ermənistan-Azərbaycan sərhədini keçməyə cəhd edən 6 əcnəbi saxlanılıb

Ermənistan-Azərbaycan sərhədini keçməyə cəhd edən 6 əcnəbi saxlanılıb.

APA-nın məlumatına görə, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan özünün “Facebook” səhifəsində yazıb.

Sərhədi keçməyə cəhd edən əcnəbilərin erməni hərbçiləri tərəfindən saxlanıldığı bildirilir. Hadisə ötən gecə baş verib.

Azərbaycan Müdafiə Nazirliyi Ermənistan-Azərbaycan sərhədində 6 xarici ölkə vətəndaşının saxlanılması barədə məlumata münasibət bildirib.

Nazirlikdən bildirilib ki, Ermənistan mətbuatının Ermənistan-Azərbaycan sərhədində 6 xarici ölkə vətəndaşının saxlanılması barədə yaydığı məlumatla bağlı Müdafiə Nazirliyində heç bir məlumat yoxdur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol