Sərkisyan yırtıcı Manveldən üz döndərdi

Ermənistanda hələ də keçmiş prezident Serj Sərkisyanın başçılıq etdiyi, parlamentdə formal çoxluqda olsa da müxaifətə keçən Respublika partiyası general Manvel Qriqoryanın malikanəsindən Qarabağda əsgərlərə göndərilən tonlarla ərzaq və digər yardımların

Parlamentin vitse-spikeri və Respublika partiyasının fraksiya rəhbəri Eduard Şarmazanov isə deyib ki, əsgər çörəyini oğurlamaq qəbuledilməz hərəkətdir, rüsvayçılıqdır. “Əsgərin çörəyini oğurlayan milli satqındır”-Şarmazanov deyib.

“Çiçəklənən Ermənistan” partiyası da general Manvelin ciddi cəzalandırılmasını tələb edir. Partiyadan deputat Gevorq Petrosyan bildirib ki, büdcədən oğurluq, əsgər payını mənimsəmək alçaq əməldir və kimliyindən asılı olmayaraq bu əməli törədən cəzasını almalıdır.

Sosial şəbəkələrdə də general-cani Manvelin evindən 2016-cı ilin aprelində Qarabağda əsgərlərə göndərilən ərzaq və digər yardımların çıxmasını hiddətlə müzakirə edir, bu qarətin o vaxtkı hakimiyyət rəhbərliyinin icazəsi olmadan baş verməsini mümkünsüz sayırlar.

Lakin erməni ictimaiyyətinin bu təəcübünü anlamaq çətindir, general Manveli pisləyənlər ən azından səmimi deyil. Çünki mülki azərbaycanlılara qarşı heyvani qəddarlığı ilə ad çıxarmış və işğal edilmiş Azərbaycan şəhərlərini, kəndlərini talamaqla ilkin kapital toplamış manvelləri, serjikləri, robertləri və digər bu kimi hərbi caniləri vaxtında pisləmək lazım idi...