Xəbər verdiyimiz kimi, ötən gecə Mingəçevir İstilik Elektrik Stansiyasının bloklarının birində baş verən qəza ilə bağlı paytaxtda və rayonlarda elektrik enerjisi kəsilib. “Azərişıq” ASC-nin Mətbuat Xidmətinin rəhbəri Tanrıverdi Mustafayev məsələ ilə bağlı “Qafqazinfo” müxbirinin suallarını cavablandırıb. O bildirib ki, qəza haqda məlumat alan kimi “Azərişıq” rəhbərliyi başda olmaqla digər əməkdaşlar da iş başına gəliblər: “İlk olaraq dövlət əhəmiyyətli xəstəxanalar, metropoliten, su kanalizasiya sistemləri diqqətdə saxlanıldı. Onlar elektriklə təmin olundu. Bakı şəhəri 100 faiz, regionlar isə 80 faiz elektriklə təmin olunub. Abunəçilərimizdən narahat olmamaqlarını xahiş edirik”.
Mətbuat katibi problemin kökünün “AzərEnerji”yə dayandığını əlavə edib: “Biz paylayıcı şəbəkəyik. İstehsalçıdan aldığımız enerjini abunəçilərə paylayırıq. Öz paylayıcı şəbəkələrimizdə son günlər ifrat isti ilə əlaqədar təftiş aparırdıq. Şəbəkimizi hazır vəziyyətə gətirmişdik. Gözlədiyimiz anda hansısa problemlər yaranır. Amma əslində ona da hazır vəziyyətdə idik. İş olan yerdə belə bir problemin yaranması gözlənilməz idi. Ancaq gecə saatlarından başlayaraq əməkdaşlarımız problemi aradan qaldırmağa çalışdı”.
Qeyd edək ki, ötən gün sosial şəbəkələrdə “PortBaku” ətrafında yanğın baş verməsi və işıqların sönməsinin bununla əlaqələndirilməsi ilə bağlı da xəbərlər yayılmışdı. Tanrıverdi Mustafayev bildirib ki, bu doğru xəbər deyil və yanğın haqda onlarda heç bir məlumat yoxdur.
“AzərEnerji”nin Mətbuat Xidmətinin rəhbəri Yəhya Babanlı da “Qafqazinfo”ya bildirib ki, hazırda baş vermiş qəza ilə bağlı araşdırmalar aparılır: “Bu məqsədlə əməliyyat qrupu yaradılıb. İlkin ehtimala görə, qəzaya səbəb xətlərdə olan qısaqapanmadır”.
O, qeyd edib ki, bu qəzanın gələcəkdə təkrarlanma ehtimalı yoxdur. Yəhya Babanlı eyni zamanda əlavə edib ki, dünyada elə bir sistem göstərilə bilməz ki, o, qəzadan tam mənada sığortalansın: “Biz isti havaları nəzərə alaraq bütün tədbirləri görmüşdük. Xətlərimiz buna hazır idi. Amerikada da 1 dələ bütün sistemi iflic vəziyyətinə qoymuşdu. Yəni bu halların baş verməsi normaldır”.
Dəymiş ziyanın həcmi barədə suala isə mətbuat katibi belə cavab verib: “Hələ ki, hesablama aparılmayıb. Bu barədə ictimaiyyətə məlumat veriləcək”.

Şərhlər
Dogrudur,Amerikada 20 il əvvəl buna benzer hadisə olmuşdu və bir ştatda insanlar bir neçə saat işıqsız qalmışdı.Amma,insanların butun ziyanları tam ödənilmiş və əlavə təzminat verilmişdir.Siz isə heç bu haqqda danişmırsınız da.Heç bilirsinizmi,insanlara yaşatdıgınız bu bu zulm neçəsinin həyatını məhv etdi,səhəti şikəst hala duşdu,soyuducularda neçə milyonluq ərzaqlar məhv oldu, tunellərdə bagırları çatladı,panellərdə xəstələr,qocalar,uşaqlar cəhənnəm yaşayıblar.Kimdir gunahkar- total korrupsiya.
DÖLƏTİMİZ NORMAL ENERJİ SİSTEMİNİN QURULMASI ÜCÜN MİLYARDLARLA DOLLAR VƏSİT YATIRIB.AZENERJİ VƏ DGƏR MƏSUL ORQALARİN YARITMAZ İŞİ GÖZ QABAĞINDADIR.SƏRİŞTƏSİZ İNSANLARIN STRATEJİ SAHƏLƏRƏ RƏHBƏRLİYİ YOL VERİLMƏZDİR.ALLAH BİZİ BETƏRİNDƏN SAXLASIN. AMİN.
BELƏ HALLARIN BAŞ VERMƏSİ NORMALDIR DEYƏN MƏSULİYYƏTSİZ İNSANLAR HEC DƏ NORMAL DEYİL.NƏ ÜCÜN ALTERNATİVLİK NƏZƏRDƏ TUTULMAYIB.DÖVLƏTİ VƏ DÖVLƏT BAŞCISINI ALLATMAGA CALIŞMAYIN.HƏLƏ SOVET DÖVRÜNDƏ NƏVAİDƏ ATOM ELEKTİRİK STANSİYASININ TİKİNTİSİ NƏZƏRDƏ TUTULMUŞDU.ONUN YERİNDƏ İSTİLİK ELEKTİRİK STANNSİYASI TİKMƏK,BAKINI VƏ REGİONLARI ALTERNATİV ENERJİ İLƏ TƏMİN ETMƏK OLARDI.MÜHARİBƏ ŞƏRAİTİNDƏ OLAN ÖLKƏNİN ADİ VƏZİYYƏTDƏ ACİZ QALMASI BAĞIŞLANMAZDIR.MƏSUL RƏHBƏRLƏRƏ QARŞI ƏN GİDDİ TƏDBİRLƏR GÖRÜLMƏLİDİR.
Fövqelade veziyyetde ne etmeli bir plan yox,saxta tertib olunmuş yazılar
“Biz isti havaları nəzərə alaraq bütün tədbirləri görmüşdük. Xətlərimiz buna hazır idi. Amerikada da 1 dələ bütün sistemi iflic vəziyyətinə qoymuşdu. Yəni bu halların baş verməsi normaldır”. Sözün bitdiyi an... Necə yəni "normaldır"? Hər şeyi alverə qurban veriblər e...
Məlumatı xalqa düzgün verin.Mingəçevir ölkə üçün enerjinin 8-12 faizini verir.Bu qəza,güman ki Rusiyanın hansısa oyunudur.Söhbət ölkə enerjisinin tam yoxa çıxmasından gedir.Bir Mingəçevirlə bu qədər fəlakət ola bilməz.
felaket bawlayib uje