Son vaxtlar adı müxtəlif qalmaqallarda hallanan hüquqşünas Aslan İsmayılov öz “Feysbuk” səhifəsində virtual dayaqlarından yavaş-yavaş məhrum olduğunu etiraf edib.
A.İsmayılov son statuslarından birində yazır: “Tənqidi yazını yazan, buna görə haqqında iki hökm çıxarılan və üçüncüsü hazırlanan, başqa min bir təqibə məruz qalan mən, qorxanlar isə sadəcə səhifəmi izləyənlərdir. Son bir ayda səhifə izləyicilərinin sayı min nəfərə yaxın azaldı. Paylaşanların, bəyənənlərin, şərh yazanların da sayında ciddi azalma müşahidə olunur. Hələ də anlamadıq ki, qorxan insan gün ərzində bir neçə dəfə, qorxmaz isə həyatında bircə dəfə ölür. Bu yaşımda hələ də qorxmaz insanın çox kasıb yaşadığını görməmişəm. Əksinə, kasıb yaşayanların əksəriyyəti qorxaqlar və həmişə “əşşi nəyimə lazımdır” deyənlərdir.
Rəsmi statistikaya görə 50 mindən artıq xərçəng xəstəsi qeydiyyatdadır. Bu gün başıma gələn bütün müsibətlər bu xəstələrə görə yazdığım məqalələr, apardığım araşdırmalardır. Onların bircə faizi məhkəmələrimə gəlsələr, 500-dən artıq insan olar. Məhkəməmə gələnlər isə sağlam və onlarla müqayisədə heç bir problemi olmayanlardır. İndi inanmağa başlayıram ki, bütün problemlərin günahkarı insanın özüdür”.

Aslan İsmayılovun müəllifi olduğu bu paylaşımda diqqət çəkən bəzi maraqlı məqamlar var. Aslan İsmayılov indiyə qədər apardığı “mübarizələrdə” əlində olan resurslar vasitəsilə virtual təzyiqdən məharətlə istifadə edib və bunun nəticəsində öz maraqlarını təmin edə biləcək uğurlar qazanıb. İndi isə proseslərin onun marağına uyğun şəkildə cərəyan etməməsi hüquqşünası dərindən məyus edir və o bütün qəzəbini səhifəsində olan izləyicilərin üstünə tökür. Aslan İsmayılov bununla neçənci dəfədir ki, izləyicilərin kütləvi şəkildə onun məhkəmələrinə gəlmədiyindən gileylənir. Sual oluna bilər: hüquqlardan gözəl anlayışı olan bir şəxs, niyə özünü qanunlara söykənərək deyil, kütləvi insan yığmaqla müdafiə etməkdə maraqlıdır? Yəqin ki, bu sualın da cavabı aydındır. Qeyri-qanuni metodlarla məhkəmələrə təzyiq göstərib, istədiyinə nail olmağı hədəfləyir.
Aslan İsmayılovun son paylaşımında diqqət çəkən daha bir cümlə də var. Hüquqşünas yazır: “Bu yaşımda hələ də qorxmaz insanın çox kasıb yaşadığını görməmişəm. Əksinə, kasıb yaşayanların əksəriyyəti qorxaqlar və həmişə “əşşi nəyimə lazımdır” deyənlərdir”.
Yəqin ki, bu fikirlər "Aslanizm" adlı "fəlsəfi nəzəriyyədən" götürülüb. Cünki başqa heç bir fəlsəfi cərəyan və ya ideologiya bu avantyuranı dətəkləyə bilməz. Şəxən biz kifayət qədər sakit təbiətli , hətta özünü ehtiyatlı insan tipinə aid edən insanlar (Aslan onları qorxaq adlandırır- müəllif) tanıyırıq ki, istədikləri bütün hədəflərə nail olublar və maddi imkanları da, Aslan İsmayılovunkundan qat-qat yaxşıdır. Məlum olur ki, Aslan İsmayılov öz şəxsi məqsədləri üçün istifadə edə bilmədiyi ağıllı və ehtiyatlı insanları qorxaq adlandıraraq onların boynuna hansısa minnəti qoymaq istəyir. Amma məsələyə dərindən yanaşdıqda bəlli olur ki, izləyicilərin İsmayılova yox, hüquqşünasın onlara külli miqdarda borcu var. Cünki o, indiyə kimi məhz sosial şəbəklər vasitəsilə ictimailəşdirdiyi mövzuların hesabına özünə yaxşı qazanc əldə edib. İstəyənlər onun səhifəsində belə bir monitorinq apara bilər. Aslan İsmayılov müqavilə bağladığı işlərin əksəriyyəti ilə bağlı öz səhifəsində məlumat verirdi. Proses gedə-gedə daima həmin işdən yazırdı. Sonda isə qazandığı “parlaq qələbələrə” xüsusi statuslar həsr edirdi. Ola bilər ki, hüquqşünas bu fəaliyyətini hobbi kimi səciyyələndirsin, amma biz Aslan müəllimin boş vaxtlarında yazmaqdan çox, ağac əkməyə meyilli olduğunu bilirik. İndi biz onun səhifəsinin izləyicisi kimi nə edək ki, erməni əsilli sahibkarların hüquqlarını müdafiə etməyə başlayandan sonra, İsmayılov Mürvət Həsənli adlı sahibkarla üz-üzə gəldi və ondan sonra işləri tərs getməyə başladı...
Azinforum.az

Şərhlər
A bədbəxt Rüfət! Sən birinci siçan deşiyi axtaranlardansan. Sən ancaq kiminsə kölgəsində özünə sığınacaq axtaransan!Sənə yazığım gəlir. Ətrafındakılar sənin bu "qəhrəmanlığına" gülürlər. Deyəsən məni tanımadın. Mən isə səni yaxşı tanıyıram.
. Leyla Xanim! Dediklerinizin hamisina minlerle insan, elecede men de Serikik! Haqq eyiler , amma Qirilmaz! Aslan Ismaylov hemise xalqini sevib ve sevir! Dediyinde hemise haqliqir! Amma ne edesen ki, bu gun olkemizde ----- Qara meni basinca, qoy Qarani men basim ve onlara xidmet edenlerin qilincinin dalida, qabaqida kesir. Amma nece deyerler geder bir gun, bu Gozellik onlara da qalmaz! Zaman dayanmir, o,dovr edir!
aslAN Özü .... qorxaq ...yedimə dönüb
Bir tərəfdən düz deyir. Dövlətli puluna arxayındır, səsini çıxarır, bilir ki, ondan sonra evini dolandıran olacaq. Bəs yazıq kasıb nə etsin?
Ondan sonrakılar hamı acından qırılacaq.
Beyem Aslan Ismayilov dedikleri sehvdir? Ay kasib sen oz haqqini bilseydin bu gun seni de, senin ovladini da qul bazarina gondermezdiler. Beli sen oz haqqini bilmirsen ,ona gore de bu girdabda qalmisan. Yox bir qanunlari pozmursan? Hansi qanunu ,o qanunlar tek kasiblar ve kasiblarin haqqini mudafie edenler ucundur. Yaziq!!! Olkede seni --- Biz deyilik reiyyet, bizlere ne Serietle! -- idare edirler. Aslan muellim kimi fedailer seni mudafie edende ise, qanmirsansa basin girmeyen yere..Aslan muellim haqlidir
Bu nəzəriyyə yeni deyil. Qərb sosioloqları, psixoloqları bunu coxdan sübut ediblər. Qorxalqlar ya qul olurlar. ya da yaltaq. Başqa yol yoxdur.
Aslan İsmayılov həqiqəti deyib. ....Siz azpolitika düzgün mövqeydə deyilsiz
Azpolitika sayti ucun Aslan Ismayilovu xalqa bele teqdim etmek hec de basucaligi getirmir. Ayibdir...
Kasibliq heyat terzi yox social durumdur ve cox vaxti bu durumda o insanlar olur ki, oz halal haqqlarini ala bilmirler ve bunu teleb etmeye de ozlerinde guc tapmirlar
A.Ismaylov avantyuristdir ve bu yolla coxlu pul qazanib! Bir az xercleyer, aglili bashina geler.
KASIB YAŞAMAĞ VƏ YA KASIB OLMAQ MÜXTƏLİF HƏYAT TƏRZİDİR. ELƏ İNSAN VAR Kİ, "AYAĞINI YORĞANINA GÖRƏ" UZADIB İMKANIOLSA DA BELƏ KASIB YAŞAYIR-QƏNAƏT EDİB SABAHI, PİS-YAXŞI GÜNÜ DÜŞÜNÜR!
ELƏ ADAM DA VAR Kİ, MƏNƏVİ-FƏLSƏFİ CƏHƏTDƏN ÇOXLU GÜCLÜDÜR ÖZÜNÜ MİLYARDERLƏRDƏN DƏ GÜCLÜ VƏ ZƏNGİN HESAB EDİB KASIBVARİ HƏYATINI XOŞBƏXT SÜRÜR, YAŞAYIR VƏ DÜNYASINI ELƏ DƏ DƏYİŞİR!
ELƏ DƏ İNSAN VAR Kİ, SADƏCƏ SƏBATI-BACARIĞI İMKAN VERMİR Kİ, VARLI OLSUN!
KASIB-QORXAQ OLMUR,KASIB MƏRD-AİLƏSİNƏ-VƏTƏNİNƏ-DÖVLƏTİNƏ SADİQ OLUR!
Məndə hesab edirəm qorxaq-laqeyit insanlar həmişə kasıb olur.QORMAZLAR imkanlı insanlardır.
İnsanlar ətraflarinda baş verən ədalətsizliklərə və korrupciyaya qarşi mübarizə aparmağa, öz haqlarini tələb etməyə qorxurlarsa onlar nəinki kasib yaşamağa həttda acindan ölməyə məhkumdular.
A.İsmayılovu agent adlandıranlar,qınayanlar özləri siyasi,əqli cəhətcə YAP-ın idarə elədiyi müxalifətdir.Demirəm ki,satqınlardı...Sadəcə Dünyanı,siyasəti dərk etməyən savatsız,sadəlöhv ``narazılardılar``.
Aslan müəllim hələ çox yumuşaq və ümumi deyib, o konkretləşdirməyib. o ki qaldı təhqir məsələsinə, gözünüzü dörd açın, ətrafınıza baxın adınızı dördüncü hakimiyyət qoymusunuz, amma yazdıqlarınız və dediklərinizdən bunu nəinki açıq aşkar görmək "heç notbukun qarşısından" iyini belə hiss etmək mümkün deyil. Bu cür uğursuz tirajlamalar national geography kanalında yayımlanan hallara oxşayır.
Aslan müəllim ilk olaraq AzPolitika ilə münasibətlərini yoluna qoymalıdır, sonrası o kişi üçün asan məsələlərdir....
Cənab İcmayılov hələ başa düşmür ki,kasıb yaşamaq qorxaqlıqdan əmələ gəlmir.
Səbəbi:
!.Qanunları pozmaq istəməmək;
2.Ətrafdakı situasiyanı dərk etmək;
3.Oğurluq etməmək;
4.Sakit həyat sürmək;
5.Yaltaqlığı bacarmamaq və ya qəbul etməmək;
6.Namusla yaşamaq;
Məgər İsmayılov bilmir ki,Kəkkəşanlı həyat sürənlər,bir sıra bağı,villası olanlar YAP üzvləri,yüksək vəzifə sahibləri və yuxarıların imkan verdiyi dələduz qohumları,evldları,qudaları və tanışlarıdır?
Aydın İsmayılovun kimə xidmət etdiyi qaranlıq qalır.
Deyəsən,Aslan İsmayılov getdikcə çaşır.Hamı bilir ki,bu adamı Sumqayıta elə-belə göndərməmişdilər.Rusiya,əlbəttə, erməniləri "qorumaq" üçün Şimalı Qafqazdan onu boş-boşuna seçməmişdi.Odur ki,A.İsmayılov sussa yaxşıdır.Qarışıq məsələ çoxdur.Moskva Nəcmuddin Sadıkovu da Goranboya erməniləri qorumaq üçün göndərmişdi.Ancaq indi bizim Baş Qərargah rəisidir və gen.polkovnik rütbəsi daşıyır.Moskva Azəırbaycana çox adamlar göndərib,hamısının da vəzifəsi Moskvaya xidmət olub. Aslan İsmayılov da onlardan biridir.
EWWI ,SEN ASLANSAN,QORXMA ..... QORXAQ ONLARDIR....EMOSIYANI YADDAN CIXARMA,DIRI OL
Həyatı fizioloji yaşamları eyni tutanlar elə kasıb olmağa da layiqdirlər.
A.İsmayılov ``əksəriyyəti deyir`` .Mən deyirəm ki,99 faiz qorxaq,nadan,cahil kasıb yaşayanlardı.Dilənməkdən,intihardan usanmayanlar,haqqını tələb etməkdən qorxur.
Benzinin qiymətinin qalxması da bunun işidir.Asılsın....
A.İsmayılovun kitabını DAYDAY bağlatdırmaq istəyir..
Gizli ad altında qəhraman danəşmaq,olmaq asandır.Ancaq nəzərə alsanız ki,mövcud durumda yalnız bu yolla doğrunu söyləmək mümkündür.
Bəs niyə belə olmalıdır? Bax, buradan başlamaq,cəmiyyətimizin nə günə salındığını anlamaqda fada vardır. Bu şərait planlı surətdə,hamının gözü qarşısında 50-60 il ərzində yaradılıb.Bu sistemi həmən qırmaq mümkün deyil.ancaq əşəbbüslər müəyyən zaman ərzində nəticə verə bilər.Bunu İsmayılov cənabları bilmir?İsmayılov elə bilir,o bilənləri ondan başqa bilən yoxdur? Ancaq...
Hech azpolitikadan gozlemezdim. Ne de yazsaz Aslan m hemishe hormetim olub, var ve olacaq. duz deyir chunki her sheyi!