Ermənistanın hazırkı baş naziri Nikol Paşinyan hakimiyyətə gəldiyi gündən bəri qalmaqallardan qurtula bilmir. Onun Ermənistanın keçmiş prezidenti Robert Koçaryanla gərgin münasibətləri günbəgün artmaqdadır. Koçaryan barəsində 2 aylıq həbs-qəti imkan tədbiri barədə qərarın verilməsi, sonra onun sərbəst buraxılması da bu gərginliyi xeyli dərinləşdirib.
Koçaryan artıq haqqında səslənən ittihamları kölgədə qoymaqda davam edir. Baxmayaraq ki, baş nazir Paşinyan keçmiş prezident Koçaryan haqqında “ikinci prezidentin siyasi arenaya qayıtmaq şansı yoxdur” deyib.
Koçaryan isə artıq şansını növbədənkənar parlament seçkilərində sınamaq fikrindədir. Modern.az saytı Ermənistan hakimiyyətində baş verənləri Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri Bayram Səfərovla müzakirə edib. O, düşünür ki...
İlanın ağına da...
“İlanın ağına da lənət, qarasına da. Burada erməni siyasəti var. Kimliyindən asılı olaraq onlar əvvəlki cinayətlərini ört-basdır etməyə çalışırlar. İstər Koçaryan,istərsə də Sarkisyan hakimiyyəti Paşinyanı devirmək istəyirlər. Guya köhnə ikilik nə etdiyini bilmir?! Onlar köhnə cinayətlərini gizlətmək iddiasındadırlar. Koçaryan istəyir ki, cinayət əməli açılmasın. Digər tərəfdən isə onlar işğal faktından da könüllü əl çəkən deyillər. Koçaryanın da, Sarkisyanın da Xocalı soyqrımının törədilməsində birbaşa əlləri var. Günahsız insanların ölümünə bais olublar”.
İcma rəhbərinin sözlərinə görə, Paşinyanın gərək ağlı ola: “İndi Paşinyanı Koçaryan necə sevə bilər axı?! Paşinyan hakimiyyətə gələn kimi Koçaryanı müvəqqəti də olsa, həbsə atdı. Hətta digərlərinin də canına qorxu düşüb. Ona görə də Paşinyanı hansı qüvvə olursa olsun, bax onun əli ilə devirməyə çalışırlar. Paşinyanın da gərək ağlı ola ki, sadə, çörək axtaran ermənilərin diqqətinə, qayğısına qala və işğalçılıq siyasətindən əl çəkə. Çünki işğalçı siyasət Koçaryan, Sarkisyan hakimiyyətini uğursuzluğa düçar etdi. Onlar müvəqqəti olaraq torpaqlarımızı işğal etsə də, Azərbaycanın durmadan artan inkişafı göz önündədir. Bu gün Azərbaycan bir günəş kimi dünyada parıldayır”.
Ermənistanda xarici qüvvələrin izi varmı?!
Bayram Səfərov bildirib ki, bəzi xarici qüvvələr Azərbaycanın müstəqilliyinə paxıllıq edirlər: “Hazırda Ermənistanda baş verən proseslərdə xarici qüvvələrin marağı var. Əgər vaxtında həmin xarici qüvvələr onlara dəstək olmasaydı, indi hər şey çox fərqli idi. BMT-nin 4 qətnaməsi icra edilsəydi, Avropa Ermənistanın hərəkətlərini pisləsəydi, Amerika maliyyə, Rusiya silah, Fransa mənəvi yardım etməsəydi, din qardaşımız olan İran çörək verməsəydi Ermənistan bu günə gəlməzdi. İndi sadə erməni xalqı firavan yaşayardı. Ona görə də bu cür məsələlərdə xarici qüvvələrin mütləq maraqları var və Azərbaycanın müstəqiliyinə paxıllıq edirlər”.
“Erməni həyasızlığından başqa bir şey deyil”
İcma rəhbəri Paşinyanın oğlunu Qarabağa göndərməsinə də münasibət bildirib:“Paşinyanın oğlunu Qarabağa göndərməsi oyundan başqa bir şey deyil. Həmçinin, Paşinyan oğlunu Qarabağa necə yollamasın axı?! Sadə vətəndaş işğalçılıq siyasətindən bezib və oğullarını Qarabağa göndərmək istəmir. İndi də Paşinyan oğlunu Qarabağa göndərməklə xalqa nümunə olmağa çalışır. Guya bu adam vətənpərvərdir. Qarabağda doğulmayan oğlunu əsgərliyə göndərməsi erməni həyasızlığından başqa bir şey deyil”.

Şərhlər
Yadımdadır ki,Sovetlər dönəmində adamları vəzifəyə təyin edəndə vid-fasonunu da nəzərə alırdılar,Danışıq qabiliyətini də
Bayram Səfərovda müsahibə almaq,özün-özünə qiymət verməməkdir.Müsahibə də alanda Restoran,ferma və yardımların satış nöqtələrindən vermək lazımdır ki,Bayram mallım cavablandıra bilsin.Siyasətlə,Dünyəvi məsələlərlə kişini çaşdırmayın.
Adam var ki, danışmasa yaxşıdır, adam da var ki, heç olmasa yaxşıdır!
BƏS ERMƏNİ İLƏ BARIŞMAQ İSTƏYİRDİN. DEYİRDİN YENƏ BARIŞIB DOSTLARIMIZLA QOHUMLARIMIZLA BİR YERDƏ YAŞAYACAĞIQ. BİR DƏ Kİ SƏNİN NƏYİNƏ LAZIM BELƏ MƏSƏLLƏLƏR, BİR NEÇƏ MİLYONLUQ VİLLARDAN AL,200 MİNLİK MAŞINLARDA GƏZ. QAÇQIN UŞAQLARI DA OBŞİTELDƏ DÖĞULUB BÖYÜYÜBLƏR İNDİ 20-25 YAŞLARI VAR. SƏN KEK EYLƏ.
Ermənistanı İranın çörəyi bu hala gətirdi.Bəs ay Bayram əkə,sənin ölkənin nefti,qazı.qızılı,dəmir,pambığı,və digər sərvətləri niyə Azərbaycanı dirildə bilmir?Az yeyin da! Qoyun millət də yaşasın.
Cənab İcma Başçısı, lüтfən, gec də olsa, Qanlı Сinaуəтlərin тəsviri ilə Mülkü iddia ərizələrinizi тoplaуıb Azərbaуcan və Avropa İnsan Hüquqları məhkəmələrinə тəqdim edin. DQMV əhalisi qaçqınlardan çox azdır. Heç kəs və dovləт Azərbaуcana paxıllıq eтməz. Qibтə edirlər ki, bu qədər sərvəт müqabilində necə уaşamaqdadırlar? Kosmosda PEУKLƏR, vaqonda orтa məkтəb? Siz, Xarici Siуasəт işçisi deуilsiniz ki, XİN və уa Prezidenтlik kimi bəуanaт verirsiniz?
MOLODES.BU BAYRAM LAP AGIL DERYASIDI.HACIBALAYA MUAVIN OLSA,INKIWAFIMIZ DAHADA SURETLI OLAR....VILLALARININ SAYI ARTAR.SIR SIFETINDEN ALIMLIK YAQIR