“Bu yaxınlarda diqqətimi bir xəbər çəkdi. Sabiq deputatlardan biri debatda olduğu bir insana bəyan edir ki, 2003-cü il hadisələri necə baş verib və bunun üzərindən bildirir ki, Tamerlan Qarayev və bir neçə tanınmış şəxs onu yanına dəvət edib, İsa Qəmbərin prezident seçkilərində müdafiəsi ilə əlaqədar müəyyən xahişləri olub. Tamerlan Qarayev gələcəkdə onların xəyali hakimiyyətində Konstitusiya Məhkəməsinin sədri olacaqmış. Bu informasiyanı izləyəndə, düşündüm ki, bu, sıradan bir bəyanatdırsa, həmin şəxs reaksiya verməlidir”.
Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Zahid Oruc “Dövlət sirri haqqında” qanuna dəyişiklik layihəsinin müzakirəsi zamanı deyib.

Z.Oruc vurğulayıb ki, o dövrün hadisələri hər kəsə aydındır, kiminsə birləşməsi, ayrılması, müxalif qüvvələrin bir araya gəlməsi Azərbaycan cəmiyyətində nə heç bir siyasi dəyişiklik, nə də hakimiyyətin taleyinə təsir edib: “Tamerlan Qarayev səfir kimi çalışmaqdadır. Burada ona şəxsi münasibətimi ifadə etmək istəmirəm. Səfir diplomatik ranq daşıyıcısı kimi dövlətin sirlərini daşımağa, eyni zamanda dövlət başçısının və dövlətin yürütdüyü siyasəti dəstəkləməlidir, buna borcludur. Kiminsə özəl niyyəti varsa, siyasi partiya yaratmaq, başqa bir şəxsi müdafiə etmək və hazırkı hakimyyətin mövqeyi ilə razılaşmamaqla, - məsələn, sabiq səfir Arif Məmmədovun və ya başqasının yanında yer ala bilər. Bununla hakimiyyətin gücündə dəyişiklik ola bilməz. Məqsədim odur ki, Tamerlan Qarayev bu xəbərə reaksiyasını bildirməlidir”.

Şərhlər
Bu yazdıqlarınız yeni deyil və indiyə qədər dəfələrlə xatırladılıb.Amma bunun bir mması var ki, bunları bilərəkdən adam yenə səfir kimi öz yerindədir. Bu sizə heç nə demir? DEməli bu adam kimlərəsə lazımdır və ya kimlərinsə adamıdır ki, belə məsləhət görülür.Zaman...
Zahid iy bilir..Görünən odur ki,növbə əsgi müxalifətin YAP-ın ``əlinə oynayan`` oyunçularına çatdı.Deməli əsgi müxalifətə daha ehtiyac yoxdur. YAP-ın .... Baxın,islahat deyirdiniz .Bu da köklü islahat.
Tamerlan Qarayev hele çox şeyə görə cavab verməli olacag, özü və ailə üzvləri ən çox da ermənilərlə iş birliyi eliyən oğlu Fərman.
Sağ ol Zahid müəllim birdənəsən. Bax sükanı belə saxla.
Tamerlan Qarayevin adi hemiwe pis hadiselerde hallanib, gencliyinde mugeninin olumunde, sonralar vertalot meseli, rayonlarin birinin iwgali, oglunun ermenilerle iw birliyi, cox qaranlig insandi.
Oruc Zahide halal olsun,bele olmax lazımdı
TAMERLAN ƏVVƏLCƏ VERTOLYOT MƏSƏLƏSİNƏ GÖRƏ MÜSTƏNTİQƏ İFADƏ VERMƏLİDİR.REAKSİYASI QALSIN SONRAYA,CƏNAB "PYATAYA RUKA"!