Avropada yaşayan jurnalist Cavanşir Həsənli keçmiş rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun oğlu Eldar Abbasovun Londonda qiymətli əmlakının olduğu və onun yeni şirkət təsis etdiyi barədə məlumat yayıb.
Belə ki, o, Birləşmiş Krallıq, London, City Road 160, Kemp House ünvanındakı əmlakın Eldar Abbasova aid olduğunu iddia edib, keçmiş nazirin oğlu, eyni zamanda bu yaxınlarda vəzifəsindən azad edilmiş Etibar Pirverdiyevin kürəkəni olan 32 yaşlı Eldar Abbasovun yeni açdığı şirkətin də bu ünvanda yerləşdiyini bildirib.
Jurnalist yazır ki, Eldar Abbasov atasının Azərbaycanın rabitəsindən "kəsdiklərini" Britaniyada eyni sahəyə yatırım edib: "Onun təsis etdiyi BİTTOP LİMİTED şirkəti bu ilin aprelin 28-də Londonda qeydiyyatdan keçib və 11334512 saylı şəhadətnamə alıb. BİTTOP LİMİTED məlumatın işlənilməsi (data prosessing), hosting və s. müvafiq fəaliyyətlərlə məşğuldur.
Bu, Eldar Abbasovun Londonda açdığı ilk şirkət deyil. Bundan əvvəl, yəni ötən ilin noyabrın 16-da maliyyə vasitəçiliyi ilə məşğul olan JDE CAPITAL LTD-ni təsis etsə də, ötən ayın 2-də onun fəaliyyətini dayandırıb. Görünür bu sahədə bəxti gətirməyib".
Unikal.org xəbər verir ki, sabiq nazirin oğlu Eldar Abbasov yayılan məlumatla bağlı sosial şəbəkədə məlumat verib. Bildirib ki, haqqında yazılan xəbər həqiqətə uyğun deyil:
"Yazını oxudum. İctimaiyyətə yalan və həqiqətə uyğun olmayan məlumatlar verirsiniz. Bina şəkli qoyub, iddia edirsiniz ki, bu mənə məxsusdur. Sizin bu araşdırmacı jurnalistinizin ümumi korporatov savadsızlığıdır ki, şirkətin qeydiyyat ünvanının hökmən direktorun mülkiyyəti olduğunu düşünür.
Bu adres £29 qarşılığında istifadə oluna bilən, qeydiyyat ünvanıdır. Buyurun baxın: https://www.yourcompanyformations.co.uk/address/registered-office/
Sualınız varsa və düzgün xəbər bölüşmək niyyətiniz olsa buyurun əlaqə saxlayın".
Rasim
AzPolitika.info





Şərhlər
Bismillahir-Rəhmanir-Rəhim. Hörmətli Eldar bəy !Bu dünya gəlimli-gedimli dünyadır. Atalar deyib ki, Süleyman Peyğəmbərə qalmayan dünya, heç kimə qalmayacaq.
Sən özünü bu cür aparmasına mat-məəttəl qalmışam Vallah. Məntiqlə izah etmək çox çətindir.Sizin ataniz və qaynatanız xalqin küli miqdarda pulunu mənibsəyiblər.Siz isə jurnalistləri rinqə dəvət edirsiniz. Nə qədər düzdür? Siz hələ çox cavansınız gələk bu işə qarışmayardınız.Siz onların suallarına cavab verə bilməsiniz.Birdə Quranın bu surəsini oxuyun- “28 surəsi-77. Allahın sənə verdiyindən özünə axirət qazan (malını Allah yolunda sərf et). Dünyadakı nəsibini də unutma. (O maldan qismətinin ancaq bir kəfən olduğunu bil. Pulunu mənasız yerə sağa-sola səpələmə; səhhətinin, sərvətinin, gəncliyinin qədrini bil. Sabah səni Allahın əzabından qurtara biləcək yaxşı əməllər et). Allah sənə (sərvət verməklə) yaxşılıq etdiyi kimi, sən də (varından yoxsullara, qohum-əqrabaya xərcləməklə) yaxşılıq et. Yer üzündə fitnə-fəsad törətməyə cəhd göstərmə. Həqiqətən, Allah fitnə-fəsad törədənləri sevməz!"
İt yiyəsini tanımayanda,nəzarət bəzi adamlardan uzaqlaşanda, bir adam bir idarə,nazirliyi 10-25 il sökəndə və nəzarət etməli orqanlar kənardan baxanda necə olmalı idi ki? Hələ bir diqqt edin,adamı işdən azad edirlər conra 2-5 milyard yeyinti aşkar olunduğunu söyləyirlər,ictimaiyyətə məlumat yayırlar,bu oğrular isə sərbəst.azad gəzir.xarici ölkələrə gedir.Belə hal heç Mozambikdə olmur.Amma bir kasıb bir toyuq oğurlasa onu həmən tutub mühakimə edib.həbsə atırlar.Belə bir ölkədə yaşayırıq.
Bizim nazirlərin,Komitə sədrlərinin,deputatların,monopolistlərin xarici ölkələrdə olan şirkət,otelvə digər obyektlərini siyahiyə alan olsa bir kitab edər.Olmazdımı həmin vəsaitləri işsizlər ordusu yaratdıqları Azərbaycanda müəssisələr,obyektlər yaratmağa sərf edəydilər.Buna kim mane olurdu ki? Belə hal sübut edir ki, bu sərmayələr gizli,rüşvət,korrupsiya ilə əldə edildiyindən gizlicə ölkədən çıxarıblar və xaricdə işə qoyublar.Bu nə dərəcədə qanuni və əsaslıdır?Onlar müəyyənləşdirilməli ölkəyə qaytarılmalıdı
mulallibov demişkən bu "simpatiçnı" gənc doğrudanmı əli abbasovun oğludur. bəs deyirdilər onun bir oğlu var o da orduda xidmətdədir. görün pullar insanlarla nə metamorfoza edir.bu hökumət bütünlüklə istefa verməlidir. bir salamat adam yoxdur.
bu məmurlar pulu xaricə necə keçiriblər nəğd yoxsa, köçürmə yolu ilə?milyonları nağd aparıblarsa gömrükdən , sərhəd xidmətindən,aeroportun təhlükəsizlik xidmətindən necə yayınıblar?bank vasitəsi ilə köçürüblərsə mərkəzi bank niyə tədbir görməyib ki ölkədən bu qədər valyuta çıxarılıb?bunu aydınlaşdırmaq lazımdır.vəzifədən çıxarılandan sonra haray-həşir qaldırırlar ki qoyun cildinə girən canavar imişlər...
Şəxsi maraqları naminə təmiz əqidəli insanlara böhtan ataraq ləkələyirlər,onların haqlı şikayətlərinə də əhəmiyyət verməyirlər.Oğru elə bağırır ki,doğrunun bağrı çatlayır.
Yalan ayaq tutar,ancaq yeriməz deyiblər.Əfsuslar olsun ki,indi yalan ayaq tutur və çox sürətlə yeriyir..Dövlət əmlakının talan olunmasının qarşısını almaq üçün,birinci növbədə vətəndaşların şikayətlərinə obyektif baxılmalıdır.Vətəndaşların şikayətlərinə baxılmaması,dövlət əmlakının talan olunmasına gətirib çıxarmışdır.Qanuna hörmət olmal
YAP hakimiyyətinin talaçılığı davam edir - bu da onlardan biri. Onsuz da bu oğurluqların, xalqın və millətin var - dövlətinin talanması halları nə birinçi, nə də axırınçı deyil.
Bes Salim muslimovdan neucun yazmirsis. O da Oz milionlari londona kecirdib. Ona bu iwde kemek edirdi onun dostu ve kendcisi ’Azerbaijan ’newriyyatinin kecmiw director muavini Mammadov AllahVerdi Pawa oglu. MammadovUn ozununda geniw mulku var Londonda
Mənə deyin görək bu gün talançılığı bacarmayan adamı rəhbər qoyarlar.
Deyin görək, azərbaycanın Hansı sahəsində yalançılıq və talançılıq yoxdur?
Götürək səhiyyəmizi. Mən rüşvət əlehdarı olduğuma görə, 2013-cü ildən bər öz doğma Şəki şəhərimdə tibbi yardım ala bilmirəm. Ona görə ki, 30 ildən çoxdur ki, Şəki MRX-nı talan edən məşur dələduz Kinyaz Məmmədova bu hakimiyyət, hələ də gözün üstündə qaşın var demir. K.Məmmədov bu gün O.Şirəliyevin sağ qolu hesab edilir.
O ki qaldı Ə.Abbasov kimi talançıya, azərbaycanda belə adamları göndərirlər Elimlər Akademiyasına. Səlim Müslimov məgər bu ölkəni azmı çapıb talan edib? Sabah başqa talançını vəzifədən azad etsələr, elə onu da göndərəcəkələr həmin Elimlər Akademiyasına.
Bəli, reallıq budur.
160 City Road, Kemp House - virtual ofis adresidir.
Bismillahir-Rəhmanir-Rəhim . Keçmiş rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Azərbaycan dövlətinin və xalqının vəsaiti, talayan Azərbaycan məmurularından heç bir gəza almayandır! Əksinə Əli Abbasovun AMEA-nın müşaviri təyin edilib! Onu bu işə qəbul edəndə, Coğrafiya İnstitutunun direktoru Ramiz Məmmədov qeyd edib ki, insanların keçmiş naziri mühakimə etməsi düzgün deyil: Eyni zamanda Əli Abbasov heç mühakimə də olunmayıb. Mən necə onu günahlandıra bilərəm?Hörmətli Ramiz bəydən soruşmaq lazimdır:-Nazir olduğu müddətdə dövlətə vurulmuş ziyana görə Əli Abbasova 50 milyon manat pulu necə ödəyib& Hətda London, City Road 160, Kemp House” ünvanındakı bahalı əmlak necə alıb? Əcəba bəs milləti bu günə kim qoyub ? Hər şeyə düzgün qiymət verməli. Qanunun başına ipi dolayıb bax bu cür yerdə sürümək olmaz!
BU TALANÇILARA GÖZÜN ÜSTƏQAŞIN VAR DEYƏN YOXDUR. ÖLKƏNİ MİLLƏTİ BU MƏMURLAR UZUN İLLƏR DƏHŞƏTLİ SURƏTDƏ TALAN EDİB İNDİ DƏ ÖZ İŞLƏRİNDƏDİR. BUNLARDAN BİRİ DƏ CƏZALANDIRILMAYIB. 20-25 İL ÖLKƏNİN MİLLİ SƏRVƏTİNİ BU KLANLAR OĞURLAYIB MƏNİSƏYİBLƏR. ƏHALİYƏ ÇATACAQ MİLLLİ SƏRVƏTİ BU QULDURLAR DAŞIYIBLAR XARİCİ ÖLKƏLƏRDƏ GİZLƏDİBLƏR. NİYƏ BUNLAR CƏZALANMIRLAR? HAMISI AZADLIQDADIRLAR. ƏHALİ YOL PULU TAPMIR BU OĞRULAR KAROLLASR KİMİ YAŞAYIRLAR.
Sanki ölkə başsız,idarə edilməz haldadır.Xalqın milyonlarını oğurlayıb.cinayət yolu ilə mənimsəyəsən.sonra əl-qolunu yelləyə-yelləyə azad gəzəsən.Valah bu heç Afrika cəngəlliklərindəki ölkələrdə olmaz.
Bunlar bir deyil,beş deyil.Adlarını sadalamaqla qurtarmaz.Hamısı da Əli
Əhmədovun həmsədr olduğu YAP partiyasının öndə gedənləri.
Bu partiya niyə görəsən belə yırtıcılarla doludur? Buna Əli Əhmədovun yalanları da kömək etməz!
YAXWIDI BALAM,YE,DAQIT,QOHUM EQRABANI INIKIWAF ELETDIR.BIR IKI XEBERDARLIQDAN SONRA ALIMLIK ELE...KEYF ELE,HELELIK ELI MALLLIMMM.ANALOQU OLMAYAN INKIWAFDAN DANIW...