Bakıda dövlət xəstəxanasına yerləşdirilən xəstə əməliyyatdan sonra iflic olub. Hadisə bu gün Mirməmməd Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasında baş verib.
Belə ki, 1962-ci il təvəllüdlü Akif Paşayev prostat əməliyyatı keçirib. Xəstə əməliyyatdan iflic olub və komaya düşüb. Hazırda A. Paşayev reanimasiyaya yerləşdirilib.
Xəstənin yaxınları unikal.orq-a baş verən hadisədə həkimləri günahkar bildiklərini söyləyiblər: "Dünən A.Paşayev prostat əməliyyatı keçirib. Bu gün səhərə yaxın səhhəti kəskin pişləşdi. Bunun üçün səhər saat 07:00-də Ak.Mirqasımov adına Respublika Klinik Xəstəxanasından həkim çağrılsa da, nevropatoloq 3-4 saatdan sonra gəlib çıxıb. Həkim gəlib, əməliyyat etsə də xəstənin səhhətində heç bir irəliləyiş qeydə alınmayıb. Əksinə A.Paşayevin vəziyyəti daha da ağırlaşıb. Xəstə hazıda komadadır".


Şərhlər
Neçə illərdir ki,xalq Şirəliyevin yarıtmaz işindən şikayətlənir.Saxta dərmanların miqyası artdıqca,savadsız həkimlər də xəstələrin ümidlərini puç edirlər.Dövlətə məxcsus,ölkə əhalisinin daha böyük ehtiyac duyduğu xəstəxanalar dini və məssəbi bilinməyən xaricilərə satılır.Bakı sağlamlıq mərkəzinin alıcısı xaricdə yaşayan kürd olsa da,deyirlər ki,onun gizli şəriki ermənidir..