Menu

Kamal Abdullaya qarşı çıxan xanım dekan kimdir? - 4 dil bilir, fəlsəfə doktoru...

09.01.2019, 17:13
Kamal Abdullaya qarşı çıxan xanım dekan kimdir? - 4 dil bilir, fəlsəfə doktoru...

Son günlər gündəmdəki əsas mövzulardan biri Azərbaycan Dillər Universitetində rektor Kamal Abdulla və Filologiya və jurnalistika fakültəsinin dekanı Vüsalə Ağabəyli arasında yaşanan qalmaqaldır. K. Abdulla dekana açıq dərslərin təşkilində buraxdığı ciddi nöqsanlara və ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar fakültəsində heç bir tədbir keçirilməsinə lüzum bilmədiyinə görə töhmət verildiyini açıqlayıb. Bundan öncə isə V. Ağabəyli rektoru universitetdə ayrı-seçkilik salmaqda, Elmi Şurada müəllimləri təhqir etməkdə, dostunun qızı olan və ingilis dilini bilməyən müəllimə dərs verməkdə, imtahanlarda köçürməyə şərait yaratmaqda günahlandırıb.

Sözügedən yazını bu linkdən oxuya bilərsiniz:

Aktivliyi ilə seçilən V. Ağabəyli çoxsaylı beynəlxalq kurslar, görüşlər, treninqlər və layihələrdə də iştirak edib. Bunlar aşağıdakılardır:

- 2012, Almaniya, Heidelbergdə "English, The theoretical instruction” kursu

- 2013, Almaniya, Heidelbergdə "Business English/ Conversation” təlim proqramı

- 2013, İngiltərə, London "Professional Development” təlim proqramı

- 2013, İngiltərə, London "Creative Methodology” təlim proqramı

- 2014, Moldova, Kişinyev "Youth Exchanges The Taste of Sound” proqramı

- 2014, İngiltərə, London "Advanced Teaching Methodology” təlim proqramı

- 2015, İngiltərə, London, "English Language in Conversations” təlim proqramı

- 2017, Gürcüstan, Tbilisi "Breaking Boundaries with technology and Innovation in the Classroom” ELT Conference

- 2017, Macarıstan, Debrecen "Erasmus+ çərçivəsində PETRA” proyekti

- 2017, Türkiyə, Ankara "Erasmus+ çərçivəsində PETRA” proyekti.

Ailəlidir, 2 övladı var.

V. Ağabəyli həm də üzün müddət ağır xəstəlikdən əziyyət çəkib, bir müddət əvvəl müalicəsi başa çatıb. Ancaq son günlər yaşadığı stress səhhətində problemlərə yol açmaqdadır. V. Ağabəyli dekabrın 29-da sosial şəbəkədə statusunu da məhz xəstəxanadan paylaşıb...

Şərhlər

AMEA 2019-01-09 17:13:16

GENCLERE SERAYİT YARADİN KAMAL M VE SAİRE REKTORLAR TAYFABAZLİQ ETMEYİN

Muellime---- Ana 2019-01-09 17:13:16

. Vusale qizim Allah sene sefa versin. Esas budu! Deyilenleri sivi - anketi oxuduqca oz qizim ba gozum onune gelir. Diplamat, 5 dilde danisan, Iqtisad universitetinin Sabah qruplarinda ixtisasini Ingilis dilinde tedris eden, bakalavr- magistraturani Ferqlenme diplomu ile basa vuran, Avropanin yaridan coxundan diplomlar getiren.... daha ne deyim.?! Rektor dedi ki, bize BDU - nun diplomu lazim deyil, biz onu tanimiriq, Xaricden magitr ferqlenme diplomu da aldi, amma bizim olkede islemek istemedi,genler kimi

Yaxsi telebe 2019-01-09 17:13:16

zeif rehber Guclu ve savadli insanlari sevmir

Məlahət Mürşüdlü 2019-01-09 17:13:16

Öncəliklə Vüsalə xanıma Allahdan şəfa diləyirəm. Mükəmməl bir tərcümeyi-halla tanış oldum.Bilikli, daima öz üzərində işləyən, cəsarətli... Onun söylədiklərində həqiqətlər var.

Səməd 2019-01-09 17:13:16

Hörmətli Vüsalə xanıma Allah(T.t)dan can sağlığı arzulayıram. Mənəviyyatını hər şeyə satan, yalandan mətdahlıq edən, pula görə min cildə girən, ailəsini atıb ... bir ömür yaşıyan insanlara qarşı mübariz olmaq hər bir kəsin borcudur. Hörmətli Vüsalə xanım bu işin öhdəsindən ləyaqətlə gəlir. Sükanı belə saxlayın Vüsalə xanım!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol