Menu

Səudiyyənin ABŞ-dakı səfiri «erməni genosidi»ni dəstəkləyir – “Biz də təcavüzə məruz qaldıq”

29.04.2019, 09:10
Səudiyyənin ABŞ-dakı səfiri «erməni genosidi»ni dəstəkləyir – “Biz də təcavüzə məruz qaldıq”

Amerika Birləşmiş Ştatları (ABŞ) Konqresi Nümayəndələr Palatasının kəşfiyyat üzrə komitəsinin sədri Adam Şiff aprelin 26-da Vaşinqtonda Səudiyyə Ərəbistanının səfiri şahzadə Rima bint Bəndər əl-Səud ilə görüşüb.

Respublikaçı-konqresmenin şəxsi saytının xəbər verdiyi kimi, görüş Səudiyyə Ərəbistanı Krallığı (SƏK) səfirliyində keçirilən axşam məclisində baş tutub. Tanınmış konqresmenlə Səudiyyə səfiri arasındakı söhbət əsasən ikitərəfli əməkdaşlığa və SƏK-nın Kaliforniyaya qoyacağı investisiyalara fokuslanıb. Konqresin aşağı palatasında bu ştatı Şiff təmsil edir.

Bundan başqa, axşam məclisində Adam Şiffin «erməni genosidi»nin rəsmi tanınması barədə hazırladığı qətnamə layihəsi də müzakirə olunub.

Qeyd olunur ki, Səudiyyə səfiri qətnamənin Konqresdə irəli aparılması işinə dəstək verməyə razı olduğunu bildirib. Şahzadə Rima bint Bəndər əl-Səud bununla bağlı bildirib ki, Səudiyyə Ərəbistanı da Osmanlı imperiyasının hökmranlığı altında güclü təcavüzə məruz qalıb: «Tariximizin bu dövrü barədə bizim heç bir xoş xatirəmiz yoxdur».

«Bizim ölkəmiz həmişə insan haqlarının müdafiəsinə istinad edib və indi də edir (məsələn, müxalif jurnalist Qaşıqçının hüquqlarının «müdafiəsi» kimi! - M.A.). Bu, hər bir millətin hüququdur və həqiqətə aydınlıq gətirilərkən, heç kim narahat olmamalıdır. Türkiyə «erməni genosidi»ndə əsas ittiham olunandır və insan haqlarının müdafiəsi müzakirə olunarkən, heç bir qayğı tələb edə bilməz» - deyə, Bəndər qızı bilmədiyi məsələ barədə «başından yekə» danışıb!

Xatırlatmaq yerinə düşər ki, Rima səudlar sülaləsinin nümayəndəsi və bundan əvvəl krallığın ABŞ-dakı səfiri Bəndər əl-Səudun qızıdır...

Bəndər qızı həm də Adam Şiffə vəd verib ki, öz imkanlarından yararlanaraq, qətnamənin Konqresdə qəbul olunması üçün lobbiçilik edəcək.

«Türkiyənin son ilərdəki siyasəti həmişə Ər-Riyadın narahatlığına səbəb olub. Biz hesab edirik ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın panosmanizmi islam ölkələrinin, xüsusilə də ərəb ölkələrinin maraqlarına ziddir» - Bəndər qızı qeyd edib.

Söhbətin sonunda səfir ABŞ-ın Türkiyəyə F-35 təyyarələrinin satılması barədə konraktın dayandırılması barədə qərarını «böyük addım» adlandırıb və bildirib ki, bu qərar Yaxın Şərq bölgəsində gərginliyin azalmasına gətirib çıxaracaq (axmaq «proqnoz»dur M.A.).

Məlumat üçün bildirək ki, Adam Şiff və Qus Bilirakis (Respublikaçılar partiyası) bundan əvvəl «erməni genosidi»nin tanınması barədə Konqresə qətnamə layihəsi təqdim ediblər.

Səudiyyə Ərəbistanı və Türkiyə arasındakı münasibətlər, dolayısı ilə ABŞ-Türkiyə münasibətləri hazırda ciddi böhran yaşayr. Əp-Riyadla Ankara arasında fikir ayrılığı öz başlanğıcını 2017-ci ilin iyunundan götürür.

O zaman Səudiyyə Ərəbistanı və digər ərəb monarxiyları ilə Fars körfəzində Qətər arasında münaqişə baş vermişdi. Sonuncunu Türkiyə qətiyyətlə dəstəkləmişdi və hətta onunla hərbi-siyasi saziş imzalayaraq, bu ölkənin ərazisində hərbi baza da yerləşdirmişdi. ABŞ-Türkiyə münasibətlərinə gəlincə isə, bu münasibətlər Türkiyənin Rusiya ilə S-400 ZRK alınması barədə kontrakt imzamasından sonra ciddi deqradasiyaya məruz qalıb.

Xatırladaq ki, 2019-cu il aprelin 24-də fasiq xristian dünyası üzdəniraq «erməni genosidi»nin 104-cü ildönümünü «qeyd edib». Bəs, bu «qondarma»ya Səudiyyənin dəstək verməsini hansı mülahizələrlə izah etmək olar? Bu səbəblər sırasında birinin xüsusi-həlledici əhəmiyyətini qeyd etmək yerinə düşərdi. Bəzi yazılı mənbələrin məlumatına görə, səudlar sülaləsi etnik baxımdan YƏHUDİDİRLƏR! Görünür, məhz bu səbəbdən dolayı Səudiyyə Ərəbistanı da bölgədə böyük yəhudi imperiyası qurmaq məsələsində sionistlərə «qardaş köməyi» göstərməyi özünə borc bilir. Sionistlər isə anlayırlar ki, Türkiyə və İran ayaqda olduqca, bu arzunu həyata keçirmək mümkün olmayacaq. Türkiyəyə təzyiqlər də məhz bu ideyadan qaynaqanır...

Mirzə AĞ

AzPolitika.info

Şərhlər

t.ədalət 2019-04-29 09:10:21

Beləsinə nankordan başqa nə ad verəsən?

yalçın 2019-04-29 09:10:21

məsələ daha dərindir: ümumiyyətlə ərəblər, yəhudilər və hay-hayasalar kökəncə sami, yəni əmoğludurlar..qan-gen birliyi..

Elxan 2019-04-29 09:10:21

Yaxsi gelmisdin yene sionist sohbetini atdin ortaya.Azerbaycanin dostu ve strateji muttefiqi olan Israil dovleti senin o sevimli fars mollalarindan defelerle qeyretlidir.Herden bir ozune gel,fars sevgisi gozunu nece baqlayibsa,yuxunda da "sionist"gorursen.Serhimin Mirze beye unvanlandiqini yeqin anladiniz.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol